2045-Ci Ildə Bizi Nə Gözləyir?

0
2055
2045-Ci Ildə Bizi Nə Gözləyir?

30 il bundan əvvəl çətin ki kiminsə ağlına gələrdi ki, artıq 2015-ci ildə cibə yerləşən kiçik ölçülü qurğudakı düymələrə sıxmaqla insanlar bir-biri ilə ünsiyyət saxlaya bilər.

 Biz sizə "Ictnews"a istinadən 30 il sonra Yer kürəsində baş verə biləcək dəyişiklikləri təqdim edirik.
 
İnsanlar robotlarla birgə yaşayacaq
 
Mütəxəssislər hesab edirlər ki, artıq yaxın gələcəkdə insanlar robotlarla birgə yaşayacaq. Sonuncular əsasən ağır adi işləri icra edəcək. İnsanlar, həmçinin qismən robotlaşacaq. Bundan başqa, elektron idarəetməyə malik süni orqanlardan aktiv istifadə ediləcək və protezləmə adi əməliyyat olacaq.
 
İnsan ömrü uzanacaq 
 
Nanorobotlar dərmanları xəstə hüceyrələrə çatdırmaq və ya mikroəməliyyatların həyata keçirilməsi üçün insanın bədəninin daxilinə müdaxilə edəcək. Xüsusi ötürücülər real vaxt rejimində insanın sağlamlıq vəziyyətini skan edərək məlumatı müalicə edən həkimin girişə malik olduğu "bulud" saxlancına ötürəcək. Nəticədə insan ömrü uzanacaq. Bəşər övladı iş robotları üçün yazılmış proqram təminatını daim təkmilləşdirəcək və İT sənayesində əsas iş istiqaməti avtomatlaşdırılmış sistemlər üçün proqramların hazırlanması olan xeyli şirkət meydana çıxacaq.
 
İnsanlar avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşayacaq
 
Bundan başqa, insanlar rahatlıq üçün tamamilə avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşamağa başlayacaq. Belə evlərin idarəetmə proqramı elektrik enerjisi, su, qida və başqa məxaric materiallarının xərcini izləyəcək. İnsan yalnız bank hesabında müvafiq məbləğdə pulun olmasının qayğısına qalacaq.
 
Bəzi əşyaların istehsalı dayandırılacaq
 
Gələcəkdə insanlar bir çox gündəlik qayğılardan xilas olacaq, həmçinin bəzi əşyaların istehsalı dayandırılacaq. Günümüzün "3D" çap kimi perspektiv sənayesi istənilən hər şeyi (qab-qacaqdan tutmuş, inşaat bloklarınadək) müstəqil yaratmağa imkan verəcək.
 
Fərdi kompüterlərə (FK) gəlincə, mütəxəssislər iddia edirlər ki, 2045-ci ilədək istehsaldan tamamilə çıxarıla bilər. FK-in funksiyalarını təkrarlayacaq xeyli sayda başqa qurğular onu əvəzləyəcək.
 
 
Korrektor: Əliyeva Aynur
 
 
 

ŞƏRH YAZIN