Bi qadının yerişi ...

0
8816
Bi qadının yerişi ...

 Hər bir xanımn yerişi öz sahibəsi haqqında informasiya ilə doludur. Çünki, istənilən qadının yerişi onun barəsində düşündüyündən də artıq məlumat verir. Alman alimlərin fikrincə, məhz qadının yerişinə baxmaqla kişilər fertilliyinin yuxarı səviyyəsində olan xanımları müəyyənləşdirə bilirlər.


Almaniyadakı Gettinjen Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri belədir. Onlar 48 gənc qadından ibarət qrup toplayaraq xanımların gəzmələrini və rəqs etmələrinin videoçəkilişlərini aparıblar. Daha sonra çəkiliş xüsusi proqramdan keçirilib və bir siluet qalıb.

Sözügedən çəkilişlər iki dəfə aparılıb. İlk dəfə çəkilişlər qadınların fertillik səviyyəsinin həddində olduqları, ikinci dəfə isə fertilliyin ən aşağı səviyyəsində olub. Videoçəkilişləri 200 kişi dəyərləndirib.
 
Məlum olub ki, hamilə qalmağa hazır qadınların hərəkətləri kişiləri daha çox cəlb edib. Professor Bernhard Finkin dediyinə görə, yeriş sürəti və ya rəqsdəki hərəkətlərlə müqayisədə, qadınların baldırlarını yırğalamaları kişilərə daha çox təsir edib.

ŞƏRH YAZIN