Yaşam Və Karyera Planlaması

0
2985
Yaşam Və Karyera Planlaması

Hər birimiz sürətli dəyişimin şahidiyik.Etik dəyərlər dəyişilir,iş zəmanəti azalır,bu günə qədər adını belə eşitmədiyimiz yeni peşələr ortaya çıxır.Bir tərəfdən qarışıqlıq yaranır,digər tərəfdən isə zəmanəyə ayaq uydura bilənlər üçün qarşılarında inanılmaz yollar açılır.

Bu qarışıqlıq içərisində belə,insanın doğru istiqaməti təyin edə bilməyi üçün təbii ki,edə biləcəyi çox şeylər vardır.Əvvəlcə həyati,mənəvi,maddi hədəflərimizin olmağı vacibdir.Həyat nə təkbaşına əylənməkdən,nə də təkbaşına ailə məsuliyyətindən meydana gəlmir. Ona görə də bu məqsədlərin balanslı bir şəkildə bir-biri ilə qarşılıqlı əlaqədə olmağı vacib amildir.

Nə istədiyini bilənlər və məqsədlərini yalnız bir istiqamət əsasında quranlar həm psixoloji baxımdan güclü olacaqlar və həm də davamlı şəkildə uğurlara imza atacaqlar.

Bizə hər nə qədər çətin gəlsə də,dəyişimdən qorxmamalıyıq,dəyişən dünyanı izləyərək özümüzü ona uyğunlaşdırmalıyıq.Bu mövzuda internet kimi bir resursa sahibik.Əgər evimizdə kimpyuter yoxdursa,buna görə şikayət etməyimizə ehtiyac yoxdur.İnternet kafeləri nə günə dayanır?

Bir də ən vacib məsələ budur ki,öyrənməyə olan ehtiyac və marağımız heç bir zaman tükənməməlidir.Bu yerdə dahi filosofumuzun sözləri yada düşür: ”Bildiyim bir şey varsa,o da heç nə bilmədiyimdir”.Yəni bu dünyada ömür boyu şagird olduğumuzu unutmamalıyıq.Biz öyrətdiyimiz zaman belə,yalnız məlumatı olan şagirdlər olduğumuzu unutmamalıyıq.

Əgər seçici ola bilsək,görərik ki,televiziya da daxil olmaqla,bizə həyat və kariyeramızla bağlı olaraq,məlumat verə biləcək çoxlu qaynaqlar var.Digər tərəfdən kitab,televiziya,jurnal,internet və s. kimi qaynaqlardan zamanımızı boş yerə sərf etməmək üçün də istifadə edə bilərik.Beləcə,nağıldakı balaca dovşan kimi uzun müddət istirahət edərkən,tısbağa gəlib bizi keçər.

Bütün bu məlumatlara əsaslanaraq,doğru seçimlər etmək üçün insanlarla olan əlaqələrimizi gücləndirməli,münasibətlərimizi yaxşılaşdırmalıyıq və bu qədər qloballaşan bir dünyanın tələ və təhlükələrindən özümüzü müdafiə etməyi bacarmalıyıq.Hər zaman ən azından bir “B” planımız olmalıdır,çünki gələcəyin bizə nələr gətirəcəyi bilinməz.Bu gün Türkiyə və inkişaf etmiş ölkələrdə 10 il əvvəl yıxılmaz armada kimi görünən bir çox ag yaxalıqlı insan işsiz qaldı və edəcək başqa bir şey tapa bilmədikləri müddətcə işsiz qalacaqlar.

Yaşamaq çətin görünür,amma edə biləcəyimiz heç nə yoxdur. Dünyanı bu qədər kiçildən,həyatı bu qədər sürətləndirən bizlərik və bu şərtlər altında yaşamalı olan insanlar da...

Keçmişə görə peşmançılıq hissi duymadan və gələcək üçün “əsla” demədən yaşayın və ayıq olun!

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova 

 

ŞƏRH YAZIN