Bunlar İnsanı Xoşbəxt Edirmiş

0
2440
Bunlar İnsanı Xoşbəxt Edirmiş

Xoşbəxt olmağın yolları haqda çoxlu məsləhətlər var.Lakin elə ağlasığmaz fəaliyyətlər mövcuddur ki,onların sizin özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacağını heç vaxt gözləməzdiniz.Məsələn;

1.Qəmgin filmlər izləmək
Ötən 25 il ərzində Oskar mükafatı almış filmlər sırasına nəzər salsaq,Titanik (Titanic),Milyon dollarlıq körpə(Million Dollar Baby),Cəsur ürək (Braveheart) və s. filmləri görərik.Bu filmlərin hər biri sonda sizin göz yaşlarına boğulmağınıza səbəb olur.
Alimlər bu haqda araşdırma aparmış və insanlarla qəmgin filmlərə baxmazdan əvvəl və baxdıqdan sonra həyatları və özlərini xoşbəxt hiss edib-etməmələri barədə sorğu aparmışlar.Məlum olmuşdur ki,filmə baxdıqdan sonra onlar öz həyatları ilə səhnədəki insanların həyatını müqayisə edərək öz həyatları haqda daha pozitiv düşünməyə başlayırlar.Məsələn;Titaniki izlədikdən sonra özünə bu şəkildə təskinlik vermək -“Nə yaxşı,indi başa düşürəm ki,işdə hər hansı bir yüksək mövqeyə çata bilməmək,Atlantikada sevdiyin insanın gözlərinə baxaraq donub ölmək qədər faciəvi deyilmiş.”

2.Qırmızı ət yemək
Bir sıra araşdırmalar göstərir ki,qırmızı ət sizin əqli sağlamlığınız üçün çox vacibdir.Kifayət qədər ətlə qidalanmamaq depressiya riskini iki dəfə artırır.
1000 Avstraliyalı qadın üzərində araşdırma aparılaraq onların yemək vərdişləri və emosional vəziyyətləri diqqətlə izlənilib.Bununla yanaşı,onların fiziki sağlamlıqları,yaşları,çəkiləri,iqtisadi vəziyyət və onların Avstraliyada yaşadıqları faktı,eyni zamanda yedikləri toyuq,balıq və tərəvəz kimi digər növ qida məhsulları da nəzərə alınaraq qərara gəlinib ki,məsləhət görülən qədər qırmızı ətlə qidalanan qadınlar digərlərinə nisbətən depressiyaya daha az meyilli olurlar.

3.Ağlını hər zaman məşğul etmək
Hər kəsə məlumdur ki,fiziki cəhətdən aktivlik xoşbəxt olmaq üçün əla üsuldur,lakin bəzi araşdırmalar ağlınızı həmişə işlək vəziyyətdə saxlamağın sizi sadəcə dəniz kənarında dincəlmək və ya beyninizə istirahət verməkdən daha çox xoşbəxt edəcəyini göstərir.
Araşdırmaların birində müəyyən olunmuşdur ki,iki fəaliyyətlə (məsələn,kitab oxumaq və televizora baxmaq kimi iki fəaliyyətin birləşdirilməsi) eyni anda məşğul olan insanlar yalnız bir fəalliyyətlə (və ya heç bir şeylə) məşğul olan insanlardan  daha çox yorulsalar da, bir o qədər də çox zövq alırlar.
Bəs bunun səbəbi nədir?Beynimizin özünü motivasiya etməsinin sadə yollarından biri dopamin adlanan kimyəvi maddədir.Bu narkotik maddələri məşhurlaşdıran insana özünü daha yaxşı hiss etdirən hormondur.Əqli fəaliyyət zamanı dopamin maddəsi ifraz olunur ki,bu da insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur.Ona görə də beyninizə tamamlamaq üçün nə qədər çox tapşırıq versəniz,o qədər çox dopamin ifraz olunacaq.

4.Kiminləsə dalaşmaq
İnsanlar aqressiv olmaq və mübahisə başlatmaq üçün daima hazırdırlar.Hətta onlar döyməkdən daha çox döyülmə ehtimallarının olduğunu bilsələr də.Alimlər müəyyənləşdiriblər ki,aqressiv davranış dopaminin ifrazatına səbəb olur və bu zaman bütün bədənimiz dopaminlə əhatə olunur.Bu da insanın özünü yaxşı hiss etməsinə gətirib çıxarır.
Mübahisəni sonlandırmağın tək yolu dava edən insanları ayırmaq və onlara sakitləşməyə icazə verməkdir.Sakitləşmək,əlbəttə ki,faktiki olaraq dopaminin bədəndə tükənməyi deməkdir.
5.Metrodan istifadə etmək
İsveçdə aparılmış bir tədqiqat zamanı müəyyən olunmuşdur ki,metrodan istifadə etmək insanların xoşbəxt hiss etməsinə səbəb olur.Alimlər tədqiqata hər gün işə gedən insanları cəlb etmişlər və onlara bir aylıq metrodan istifadə etməyi bildirmişlər.Tədqiqata başlamazdan əvvəl hər bir şəxslə onların həyatı,rifahı və ümumi olaraq nə dərəcədə xoşbəxt insan olmaları barədə sorğu aparılıb.Onlardan, həmçinin bir aylıq yalnız metrodan istifadə etməklə bağlı nə düşündüklərini soruşublar.İstisna olmadan,onların hamısı bunun bir kabus olacağını hiss etdiklərini deyiblər.Lakin bu baş verməyib.Bir ay ərzində onların metroya qarşı fikri yavaş-yavaş dəyişməyə başlayıb.Və bir ayın sonunda iştirakçıların ümumi rifahı tədqiqatdan əvvəl olduğundan daha yaxşı olub.Metrodan istifadə etmək onların həyatını daha mənalı edib.
Hər gün işə şəxsi maşınla gedib-gələn insanlar tıxac zamanı ictimai nəqliyyatdan istifadə edən insanlardan daha gərgin və aqressiv olduğu məlum olub.
6.Ev işləri ilə məşğul olmaq
Ənənəvi olaraq,heç kim ev işləri ilə məşğul olmağı sevmir.Uşaq vaxtı valideynlərimiz bizə acıqlanarkən cəza olaraq hər hansı ev işini görməyi tapşırardı.
34 ölkədən 30,000 insan üzərində aparılmış tədqiqat göstərir ki,kişilər nə qədər çox ev işi ilə məşğul olurlarsa,o qədər çox xoşbəxt hiss edirlər.Müəyyən olunub ki,hazırki dövrdə kişilər gender bərabərliyinə keçmişə nəzərən daha çox dəstək verirlər.
7.Ölüm haqqında düşünmək
Ölüm,haqqında düşünmək üçün çox qəliz məsələdir.Bəzi insanlar bu haqda düşünmək belə istəmirlər.Lakin bu bir faktdır ki,bizim mövcudluğumuz müvəqqəti,ölüm isə daimidir.İnsana elə gəlir ki,ölüm haqda düşünmək depressiyadan başqa heç nəyə səbəb ola bilməz,elə deyil?
Xeyr.Məlum olmuşdur ki,insanlar ölüm haqda düşündükdə daha çox nəzakətli olurlar və ətraflarındakı insanları xoşbəxt etməyə çalışırlar.
Tədqiqatçılar insanların ölüm fikri ağıllarına gəldikdə necə davranış nümayiş etdirdiklərini ən asan yolla təcrübədən keçirmişlər.Onlar bir qrup insana qəbiristanlığa yaxın ərazidə,digər qrupa isə başqa bir ərazidə gəzməyi tapşırıblar.Hər iki qrupun qarşısından bir qadın “təsadüfən” keçərkən öz çantasını yerə salıb.Qəbiristanlığa yaxın olan qrup bu qadına çantasını götürməkdə kömək etməyə 40 % daha istəkli olmuşdur.Tədqiqatçılar inanırlar ki,buna səbəb qəbiristanlığın onları ölüm haqda düşünməyə vadar etməsidir və onlar hələ də mövcudkən daha çox xeyirxahlıq etməyə meyilli olublar.
Belə əlaqə bir qədər mənasız görünə bilər,lakin bu teoriyanı sübut edən digər bəzi tədqiqatlar da mövcuddur.Ölüm haqda düşünən insanların bir-birinə qarşı daha çox səbirli davrandıqları,siqaretdən imtina etdikləri və s. hallar da müşahidə edilib.Bəs ölüm haqda düşünmək niyə bizim daha diqqəli davranmağımıza səbəb olur?Cavab çox sadədir.Biz öz ölümümüzü düşündükdə daha yaxşı insan olmaq və mövcud olduğumuz bu qısa müddətdə həyatımızı daha pozitiv və dəyərli etmək istəyirik.

 

Korrektə etdi:Günel İbadova

 

 

ŞƏRH YAZIN