Dahilərlə Bağlı Maraqlı Faktlar

0
2377
Dahilərlə Bağlı Maraqlı Faktlar

Kəşfləri, əsərləri ilə dünyada məhşur olan dahilərin bütün sahələrdə müstəsna rolları var. Lakin dahilikləri onlara asan başa gəlməyib. Belə ki, adını bəşəriyyət tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyətlərin bir çoxu müxtəlif xəstəliklərdən əziyyət çəkib. Həmin məşhurların bir neçəsini sizə təqdim edirik. 
- Lüdviq van Bethoven 1770-ci ildə Almaniyada doğulub. Dünyanın ən məşhur bəstəkarı olan bu şəxs 1801-ci ildən sonra eşitmə problemləri yaşamağa başlayıb və 1817-ci ildə tamamilə eşitmə qabiliyyətini itirib. Lakin səhhətindəki bu problem onun musiqi duyumuna heçbir şəkildə təsir etməyib. Bethoven ən məşhur əsəri olan "9-cu simfoniya"nı da məhz bu dövrdə yazıb.
- Hollandiyalı rəssam Vinsent Villem van Qoq da ağır xəstəliklər yaşayıb. Belə ki, o, "şizofreniya”, “katarakt", "meniere sindromu" ( ciddi baş dönməsi, qulaq cingiltiləri, eşitmə qabiliyyətinin itməsi. Bu xəstəliyin müalicəsi hələ də tapılmayıb), “epilepsiya”, "miqren" xəstəliklərindən əziyyət çəkib. Rəsm əsərlərində daha çox sarı rəngdən istifadə etməsində "katarakt" xəstəliyinin təsiri olduğu bildirilir. Rəssamın qulaq cingiltilərinə dözməyərək qulaqlarını kəsdiyi iddia edilir.
- Elektrik lampasını ixtira edən Tomas Edison eşitmə qabiliyyətini itirənlər arasındadır. Qramafon və film göstərən cihazın müəllifi olan Edisonun bundan başqa minə yaxın ixtiraları mövcuddur.
- Yəhudi əsilli alman fiziki Albert Eynşteyn bir neçə xəstəlikdən əziyyət çəkib. Belə ki, onda "disleksiya" (dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və bir çox bacarıqları öyrənə bilməmək sindromu), "asperger sindromu" (qarşısındakı insanın qışqırma, ağlama səbəbini başa düşməmək) özünü göstərib. Qeyd edək ki, "asperger sindromu" olan insanların qeyri-adi zəkaya sahib olduqları bildirilir.
- "Yerin cazibə qüvvəsi"ni kəşf edən ingilis fiziki, riyaziyyatçı, astronom İshaq Nyuton "şizofreniya", "kəkələmə", "asperger sindromu" və "epilepsiya"dan əziyyət çəkib.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN