İş Qadınlarının Sevmədikləri 3 Rəng

0
1082
İş Qadınlarının Sevmədikləri 3 Rəng

Türkiyənin Qazi Universiteti iş qadınlarının geyimi üzərində maraqlı bir araşdırma aparıb. Belə ki, araşdırma zamanı universitetin Peşə Təhsil Fakültəsi Geyim Sənayesi və Moda Dizaynı Bölməsinin müəllimləri Dr. Emine Koca ilə Dr. Fatma Koç klassik geyim tərzini ümumiyyətlə işçi və məmurların, idman geyim tərzini isə şagird və sərbəst peşə sahibi qadınların seçdiyini təyin etdiklərini bildirdi. Dr. Koca 42 xüsusi sektorda part-time işləyən şagird,  50-si də xüsusi sektorda vəzifə yerinə yetirən 300 qadınla etdikləri araşdırmada belə qənaətə gəlib. Araşdırma 20-50 yaş qrupunda işləyən 300 qadını əhatə edib. 

İş şərtlərinin və peşə tipinin işləyən qadınların geyim seçimlərinə təsir etdiyini izah edən Yrd. Doç. Dr. Koca, bunları dedi: 

"İşlə qadınların rəsmi mühitlərdə daha ciddi və rəsmi görünüş verən geyimlər seçdiyi nəticəsinə çatdıq. Araşdırmamıza görə, qadınların seçdikləri ilk altı rəngi isə bənövşəyi, mavi, göy, ağ, qəhvəyi, qırmızı rənglər olaraq təyin etdik".
 
Sərbəst peşə sahibi qadınların geyimlərində seçdikləri ilk üç rəngin bənövşəyi, mavi və yaşıl olduğunun təyin olunduğunu izah edən Koca, şagirdlərin bənövşəyi, mavi, yaşıl,göy;məmurların bənövşəyi, ağ, göy, işçilərin isə mavi, qəhvəyi, göy rəngləri seçdiklərini bildirdi.
 
Bənövşəyi rəngin bütün peşə qruplarında seçilən ilk rəng olduğunu izah edən Koca, işləyən qadınların yaşlarına görə isə 20-25 yaş arasında qara, ağ, bənövşəyi; 26-30 yaş arasında bənövşəyi, qırmızı, ağ; 31-35 yaş arasında mavi, bənövşəyi, qırmızı; 36-40 yaş arasında göy, mavi, qəhvəyi; 41-45 yaş arasında bənövşəyi, göy; 46 və bu yaş qrupunun isə göy və bənövşəyi rəngləri daha çox seçdiklərini yazdı.

Koca, "boz, narıncı və sarının bütün yaş qruplarında seçilməyən rənglər olduğu nəticəsinə çatdıq. Mavi rəngin azadlıq, yaşılın səmimiyyət, qaranın ciddiyət, ağın təmizlik, bozun tənbəllik, qəhvəyinin nüfuz hissini oyandırdığı da təyin olundu. İşləyən qadınların rəng uyğunlaşmasına diqqət yetirdiklərini,uyğun geydiklərində xoşbəxt olduqlarını da təyin etdik" dedi.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN