Sağlam bir yuxu üçün ...

0
2603
Sağlam bir yuxu üçün ...

 Yuxusuzluqdan əziyyət çəkir və hər gün yuxudan ayılarkən əzginlik və yorğuluq hiss edirsinizsə, o zaman diqqətinizi bizə ayırın. Sizinlə sağlam yuxunun sirrlərini bölüşürük:


1) Çalışın həmişə eyni vaxtda yuxudan ayılasınız. Həftə içi və ya bazar günlərindən asılı olmayaraq. Bəzən insanlar həftə içi yuxudan tez, həftə sonu isə çox gec ayılırlar. Bu isə orqanizmdə bioloji saatın pozulmasına gətirib çıxarır.

2) Möhkəm yuxunuz gələndə yatağa girin. Özünüzü heç vaxt yatmağa məcbur etməyin. Normal yuxu yatağa girəndən15-20 dəqiqə sonra gələn yuxudur.

3) Siz öz yataq otağınız olmalıdır. Hər gün ayrı-ayrı yerlərdə yatmaq sizin yuxu rejiminizin pozulmasına gətirib çıxaracaq.

4) Əgər gün ərzində çox yorulmursunzsa, onda günorta yuxusundan imtina edin. Bəzən günortalar çox yatan adaların gecə yuxusu ilə problemi olur.

5) Hər gün hərəkət edin. Unutmayın ki, fikizi hərəkət etmədən düzgün və sağlam yatmaq mümkün deyil.

6) Hər gün yataq otağınızın havasını dəyişin. Əks halda otaqda təmiz hava balansı pozulacaq və normal yuxunuza problem yaradacaq.

7) Yatmazdan əvvəl şəkildə siqarət çəkməyə son qoyun. Bu sizin sinir sisteminizə mənfi təsir edəcək.

8) Yatmazdan əvvəl spirtli içkilər içmək qadağandır.

9) Yatmazdan əvvəl çalışın yağlı, duzlu qidalardan uzaq durasınız. Meyvə, tərəvəz ilə qidalansanız bu sizin həzm sisteminizə müsbət təsir edəcək.

10) Çalışın gün ərzində az şüa qəbul edəsiniz. Düzdür, indiki dövrdə buna riayət etmək o qədər də asan deyil. Ancaq hər halda televizor və kompyuterlərdən mümkün qədər uzaq durun

11) Yuxu gətirici dərmanlar və preparatlardan istifadə etməyin. Unutmayın ki, əgər sizin yuxu rejiminiz pozulubsa, mütləq şəkildə həkimə getməlisiniz. Dərmanlarla yatmaq sağlamlıq göstəricisi deyil.

12) Yatmazdan əvvəl vanna qəbul etmək sizin rahat şəkildə yuxuya getmənizə və əsəblərin sakitləşməsinə səbəb olacaq. Buna görə də, çalışın yatmazdan əvvəl duş qəbul edəsiniz.

ŞƏRH YAZIN