Siz Üzüyü Hansı Barmağınıza Taxırsınız?

0
1555
Siz Üzüyü Hansı Barmağınıza Taxırsınız?

Üzük demək olar ki, bütün xanımların ən sevdikləri aksesuarlardandır. Gündəlik istifadə zamanı da ən çox üzüklərə yer ayırırıq. Amma üzüyü hansı barmağa taxmağın nə anlama gəldiyinin fərqində deyilik. Qadınların üzüyü hansı barmaqlarına taxmalarından asılı olaraq, onların nə kimi xarakterə sahib olduğunu sizə təqdim edirik: 
İşarə barmağında üzük – Bu barmağa üzüyün taxılması xanımın heç bir münasibətdə olmadığını göstərir. Bundan başqa, işarə barmağındakı üzük geyinilən libasa diqqət çəkmək üçün də ola bilər. 
Baş barmaqda üzük – Belə qadınlar adətən sərbəstliyi sevən və hər hansı münasibətə başlamaq ərəfəsindədirlərsə, həmin əlaqəyə mütləq hörmət edilməsinin vacibliyini göstərənlərdir. Baş barmağına üzük taxan xanımlar, adətən qısamüddətli münasibətlərə üstünlük verirlər. 
Orta və çeçələ barmaqda üzük – Belə qadınlar güvənilə bilən, istedadlı, sirr saxlamağı bacaran, nizam-intizamı sevənlərdir. 
Adsız barmaqda üzük – Bu, xanımların nişanlı və ya ailəli olduğunu göstərir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN