Tutuquşu qatili polisə satdı

0
3392
Tutuquşu qatili polisə satdı

Hindistanın Aqra şəhərində danışan tutuquşu 45 yaşlı sahibəsi Nilam Şarmanın qətlinin üstünün açılmasında polisə yardımçı olub.


Polis bir həftə ərzində cinayətkarın kimliyini müəyyən etmək istəyib. Herkules adlı tutuquşu onlara yardımçı olub.   Qətlə yetirilmiş qadının həyat yoldaşı Vicay Şarma qəzetlərə verdiyi açıqlamasında deyib ki, hər dəfə qardaşı oğlu Aşu onlara gələndə tutuquşunun davranışları dəyişir. Bundan başqa onun adı çəkiləndə quş hər dəfə ora-bura atılır və onu görəndə isə qorxduğu hiss olunur. Aşunun adı çəkiləndə isə tutuquşu hər dəfə həyəcan keçirib. Bir dəfə də tutuquşu qəfildən "Aşu öldürdü!" deyə səs eləyib. Tutuquşunun bu sözündən sonra Vicay polisə yenidən müraciət edib Həmin hadisədən əvvəl də polis Aşunu şübhəlilər siyahısına əlavə etmişdi. Ancaq ailənin kəskin etirazından sonra adı şübhəlilər siyahısından çıxarılmışdı. Aşu yenidən polisə çağırılaraq dindirilib. Onun günahını etiraf etməkdən başqa çarəsi qalmayıb.  

ŞƏRH YAZIN