Bazar Mühitinin Analizi

0
4148
Bazar Mühitinin Analizi

Bazar mühiti dedikdə,azad sahibkarlıq sistemi başa düşülür.Bu,qiymətlər və bazarlar sistemi vasitəsilə,bazarın böyük miqdarda subyektlərinin hərəkətlərini birləşdirməyə xidmət edən əlaqə mexanizmi vasitəsilə işləyən mürəkkəb koordinasiya mexanizmidir.
Bazar sistemində hər bir firma,hər müəssisə öz işində mənfəət əldə etmək və zərərlərə yol verməmək motivinə əsaslanır,şirkətlər mənfəət gətirən mallar istehsal edir,xidmətlər göstərir və əksinə,ziyan gətirən malları və xidmətləri istehsal və təqdim etmirlər.
İstehsal predmeti və xidmət təklifi şirkətlər tərəfindən məhz bu mövqedən seçilir.Əgər istehsalçı görərsə ki,istehlakçı bu məhsulu almağa hazırdır və bu məhsulun istehsalı zərər gətirmir, - istehsalçı bu məhsulu istehsal edəcək.
İstehsalçı öz seçimini istehlakçı ilə razılaşdırmalıdır.Əks halda,o zərərə düşərək,hətta müflisləşərək cəzalanacaqdır.Firma tərəfindən istehsal həcmlərinin,buraxılan məhsulun qiymətlərinin,müxtəlif məqsədlərinin,göstəricilərinin müəyyən edilməsi həmin şirkətin fəaliyyət göstərdiyi sahə çərçivəsində onun xarakterindən asılı olub,sahə dəyişdikcə,o da müvafiq olaraq dəyişəcəkdir. 
Bazarda şirkətin işinin xüsusiyyətlərinin analizinin nəzərdən keçirilməsinin daha geniş yayılmış üsulu müəyyən tip bazarlar şəraitində qiymətlər və istehsal həcmlərinin,satışın tədqiqidir.Mütəxəsisslər bir-birindən fərqlənən dörd bazar situasiyasını və ya modelini ayırırlar:mükəmməl (təmiz) rəqabət, təmiz inhisarçılıq,inhisarçı rəqabət,oliqopoliya.
1.Mükəmməl rəqabət.Mükəmməl rəqabət bazarının başlıca xarakteristikası həmin bazarda işləyən çoxlu sayda firmaların olmasıdır.Bu zaman şirkətlər sərbəst halda fəaliyyət göstərir.Bir qayda olaraq,bu cür bazarda eyni növlü məhsul təklif edilir.Həmin bazarın digərlərindən fərqi də bundadır.Prinsip etibarilə,alıcıya həmin malı hansı və harada yerləşən bazardan alması o qədər də önəmli deyildir. 
Mükəmməl rəqabət şəraitində satıcı həmin bazarda qiymətlərə nəzarət edə bilmir: satıcılar çoxdur və onlardan birinin olub-olmaması vəziyyəti dəyişə bilməz.Ayrı-ayrı istehsalçı-tədarükçülər bazarın hökmranlığı altındadır.Satıcı həmin bazarda artıq müəyyənləşdirilmiş qiymətlərlə razılaşırvə qiymətə uyğunlaşır.Hətta «tamamilə rəqabət firması» anlayışı da mövcuddur.
Mükəmməl rəqabət bazarı haqqında məlumatlardan praktiki istifadə üçün aşağıdakılara diqqət yetirmək məqsədəuyğundur: 
-"Firma nisbətən sadə iş sxemi ilə maksimum mənfəət alacaqdır": bazara elə həcmdə məhsul istehsal edib tədarük etmək lazımdır ki,bu zaman ümumi gəlir ümumi xərclərdən çox-çox artıq olsun.Bu zaman o faktı da nəzərə almaq lazımdır ki,firma bu bazarda o zaman işləyə biləcək ki, onun orta xərcləri orta bazar qiymətindən aşağı olsun;
-Resurslar istehlakçı zövqlərinə uyğun bölüşdürüləcəkdir.Rəqabətli qiymətlər sistemi resursları istehlakçı zövqlərində və maraqlarında baş verən dəyişikliklərə cavab kimi bölüşdürəcək;
-Əgər mükəmməl rəqabət bazarında fəaliyyət göstərən firma öz məhsulunun təklifini azaldarsa, bu, bazara heç bir təsir göstərməyəcək.Bazarda əməliyyatlar aparan firma üçün qızıl qayda budur: məhsulun elə buraxılış həcmini seçmək lazımdır ki,bu zaman xərclərin son hədləri məhsulun bazar qiymətinə bərabər olmuş olsun.Əgər malın bazar qiyməti sabitdirsə,məhsul buraxılışının həcminin artması firmanın mənfəətinin ölçüsünə təsir edəcəkdir;
-Rəqabətli bazarda iqtisadi mənfəətin artımı istehsalın genişləndirilməsinə,sahəyə yeni firmaların axınına,istifadə olunan resursların qiymətlərinin yüksəlməsinə kömək edir;
-Əgər dövlət bazarda ölçüsü eyniçəkili qiymətdən aşağı olan qiymət müəyyən edərsə, istehlakçıların maddi rifah halı aşağı düşə bilər,belə ki,rəqabət planında böyük dəyişikliklər baş verər,şirkətin "daxili" vəziyyətində təshihlər etmək zərurəti yaranar.
2.Təmiz inhisar o zaman mövcuddur ki,bazarda yeganə istehsalçı olan bir şirkət fəaliyyət göstərir,məhsulu satır və bu məhsulun analoqu yoxdur.Mahiyyət etibarilə,bu,bir firmadan ibarət olan sahədir.Alıcı üçün bu məhsulun alınmasında alternativ yoxdur.İnhisarçı özü qiyməti oxuyur.Firma özü bu məhsulun qiymətinə nəzarət edir,belə ki,firma özü həm də bütün təkliflərə nəzarət edir.İnhisarçı məhsula olan tələbdən asılı olaraq,qiymətləri qaldıra və endirə bilər.
Yeni şirkətlərin bu bazara daxil olması son dərəcə çətindir.
Birincisi,«miqyas effekti» deyimi mövcuddur.Yeni istehsal inhisarçı üçün məhsullara çəkilən xərclərin oxşar olduğu halda (buradan da mənfəət) rəqabət təşkil edə bilər.Texnologiyanın müasir səviyyəsində irimiqyaslı fəaliyyət zamanı azməsrəfli istehsal həyata keçirilə bilər.
İkincisi,«təbii inhisar» deyilən anlayış vardır.İqtisadiyyatın elə sahələri vardır ki,bunlarda rəqabət qeyri-mümkündür və ya son dərəcə çətinləşdirilmişdir. 
Üçüncüsü,inhisar bazarında yeni şirkətlər üçün leqal maneələr də mövcuddur.Bura hüquqi əngəllər– patent və lisenziyalar,akkreditasiyalar və s.aiddir.
Dördüncüsü,inhisarçı tərəfindən hər hansı xammal növü üzərində sahibkarlıq və ya nəzarət də böyük rol oynayır.
Beşincisi,mütəxəssislər düzgün olmayan rəqabətin da olduğunu göstərirlər. Yeni şirkətlərin daxil olması sadəcə ən geniş vəsait yığımından istifadə ilə bağlanır.
İnhisar şəraitində xərclərin son hədləri qazancın son həddinə bərabərdirsə,mənfəət maksimaldır.Uzunmüddətli dövrdə inhisarçı bazarda tarazlıq onu göstərir ki,mallar orta xərclərə bərabər qiymətlərlə satılır (onlar nə xərclərin son həddinə,nə qazancın son həddinə bərabərdir, nə də xərclərin son həddindən artıq deyil).
İnhisar öz məhsuluna olan qiymətləri müxtəlif bazarlarda müxtəlif qiymətlər qoymaqla ümumi mənfəətini artıra bilər.Cəmiyyətin təbii inhisarlardan təmiz itkilərinə gəldikdə isə,onlar tələbin bu səviyyəsində tənzimlənən qiymətin istehsalın orta xərclərinə bərabər müəyyən edildiyi zaman yox olub gedir.
3.İnhisarçı rəqabət elə bazar şəraitini nəzərdə tutur ki,bu zaman bazarda kifayət qədər tədarükçü vardır ki onlar kifayət qədər oxşar,lakin eyni olmayan bir-birindən bir sıra xarakteristikalarla fərqlənən mallar satır.
Beləliklə,inhisarçı rəqabət mükəmməl rəqabət bazarından şirkətlərin daha az sayda olması və bir qədər fərqli məhsulları ilə fərqlənir.
İnhisarçı rəqabət şəraitində iqtisadi rəqabət nəinki qiymətə,həm də qeyri-qiymət rəqabətinə əsaslanır.Bununla əlaqədar olaraq,bir çox şirkətlər reklama,ticarət nişanlarına,xidmətə xüsusi diqqət ayırırlar; qiymət sahəsində öz spesifikaları olur.Bu şəraitdə qiymət xərclərin son həddindən yüksəkdir,bu isə o deməkdir ki,bu məhsul üçün resurslar tam bölüşdürülməmişdir. Qiymət minimal orta ümumi xərclərdən yüksəkdir,bu isə o deməkdir ki, istehlakçılar malı aşağı qiymətlə əldə etmirlər.
İnhisarçı rəqabət şəraitində firmalar maksimum mənfəət axtarışında faktiki olaraq üç dəyişənlə manipulyasiya etməlidirlər: qiymət, mal, reklam.Lazımi kombinasiyanın seçilməsi kifayət qədər mürəkkəb işdir.Çox vaxt bu,empirik yolla həll edilir.
4.Oliqopoliya müvafiq bazara bu və ya onu əvəz edən məhsulu tədarük edən az sayda firmaları nəzərdə tutur.Bu zaman «bir neçə firma» - kifayət qədər qeyri-müəyyən,bir sıra şərtlərdən asılı tərəfdir.Şirkətlərin az sayda olması bahalı texnologiyalardan istifadə,rəqiblərin daxil olmasına mane olan baryerlərin olması ilə izah edilir.Təklif edilən məhsulun xarakterinə gəldikdə isə,o, xarakterinə görə həm eyni,həm də fərqli ola bilər.
Oliqopoliya bazarı şəraitində əvvəllər rəqabət aparan firmaların birliyə meyl etməsi güclüdür. Bunun nəticəsində bazarda iri istehsalçı-tədarükçü yaranır ki,bu da öz növbəsində,müsbət nəticəsini verir.Oliqopoliya şəraitində bütün firmalar bir-birindən qiymət cəhətdən asılıdır. Oliqopoliya şəraitində işləyən şirkət lazımi qaydada rəqiblərinin cavab gedişlərini hesablamadan qiyməti heç vaxt dəyişməz.
Oliqopoliya şəraitində gizli saziş halları geniş yayılmışdır.Kartellərin müxtəlif tiplərinin meydana çıxması,sonra yox olması müşahidə olunur.Oliqopoliya sahələrində və iqtisadiyyatın sektorlarında bazar payları adətən qeyri-qiymət rəqabəti bazasında müəyyən edilir.Reklam fəaliyyəti böyük önəm alır.Müəssisənin bu şəraitdə fəaliyyəti nöqteyi-nəzərindən aşağıdakıları qeyd etmək mühümdür: firmalar pozuntuları törədənləri müəyyən etmək iqtidarında deyillərsə, kartel sazişi qeyri-sabit olacaqdır.Təcrübədə kartellər və bu kimi inhisarçı birləşmələri yaratmaq və uzun müddət saxlamaq çox çətindir.
Bazarın cəlbediciliyinin analizinin obyekti hər bir bazar subyekti üçün satış həcmlərinin,həyat tsiklinin və potensial mənfəətin ölçülməsi və proqnozlaşdırılmasıdır.
Bazar potensialının bu proqnoz və dəyişikliklərinin nəticələri investisiyalar və istehsal güclərinin ölçüləri barədə qərarların qəbul edilməsi üçün mühüm informasiyadır.
Bazarın cəlbediciliyinin analizinin əsasını tələbin analizi təşkil edir.
İlkin tələbin strukturu bu malın ərzaq və ya sənaye təyinatlı olmasından,həmçinin uzunmüddətli və ya qısamüddətli istifadə mallarına aid olub-olmamasından asılıdır.
Qiymətləndirmənin müxtəlif metodları iki amildən irəli gəlir:
-istehlak vahidlərinin miqdarı (n);
-stehlak edilmiş mal və ya xidmətin miqdarı (g).
Bu zaman natural ölçülərdə ilkin tələb aşağıdakı düsturla ifadə olunur:
Q = n x g,
burada Q — natural ifadədə ilkin tələbdir.
İlkin tələb dəyər ifadəsində aşağıdakı kimi müəyyən edilir:
Qc=n x g x p,
burada Qs — mal dövriyyəsi; r — mal vahidinin orta qiymətidir. 
Tələbin analizində hesablama düsturlarından başqa proqnozlaşdırmanın müxtəlif metodlarından da istifadə olunur.Bunlara aşağıdakılar aiddir:
- menecerlərin mülahizələri; 
-ticarət potensialının qiymətləndirilməsi;
-alıcıların niyyətlərinin öyrənilməsi. 
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN