Hər Kəsin Bir Həyat Hekayəsi Var

0
7520
Hər Kəsin Bir Həyat Hekayəsi Var

24 yaşlı oğlan qatarın pəncərəsindən çölə baxaraq qışqırırdı."Ata,bax ağaclar arxada qalır".

Ata gülümsədi və onun ətrafında oturan hər kəs 24 yaşlı bu oğlanın uşaq kimi davranışına diqqətlə baxırdı.Birdən o yenə də ah çəkərək dedi:"Ata,bax buludlar bizlə birgə gəlir".

Qoca kişi buna çox da dözə bilmədi və dedi:"Niyə oğlunuzu yaxşı bir həkimə aparmırsız".Kişi güldü və cavab verdi:"Mən aparmışam və indi də biz elə xəstəxanadan gəlirik.Mənim oğlum doğulandan bəri görmürdü və bu gün  gözləri açılıb.
 
Nəticə:Dünyada hər kəsin bir həyat hekayəsi vardı.İnsanları yaxından tanımadan onları mühakimə etməyin.Həqiqət sənə təəccübləndirə bilər.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN