Uğurun Sirri

0
16965
Uğurun Sirri

Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşdu.Sokrat ona sabah çayın sahilində görüşməyi dedi.Onlar görüşdülər.Sokrat ona arxası ilə çaya doğru gəlməyi dedi.Su getdikcə boğazlarına qədər çatırdı və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutdu və onun başını suya salmağa başladı.Oğlan suda çırpınırdı,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxladı.

Sokrat qəfildən oğlanın başını sudan çıxartdı.Oğlanın birinci edəcəyi şey başını qaldıran kimi havanı dərindən udub ağciyərlərinə çəkmək oldu.Sokrat soruşdu:”Sən suda olanda ən çox istədiyin şey nə idi?”
Oğlan cavab verdi :”Hava”.
Sokrat dedi:”Bax bu uğurun sirridir.Nə vaxt ki sən uğur qazanmağı hava istədiyin qədər dərindən istəsən onda onu əldə edəcəksən.Burda başqa sirr yoxdur”.
 
Nəticə :Uğurun sirri məqsədə nail olmaq üçün güclü arzudan keçir.İnsanın ağlı bir şeyi təsəvvür edə və onun varlığına inana bilirsə ağıl ona nail olacaq .Güclü  arzu bütün hər şeyin tamamlama nöqtəsidir.Necə ki bir balaca yanan ocaq istilik vermirsə,zəif arzu da böyük nəticələr verə bilməz.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN