Sirac Heydərov : Xoşbəxt Olmaq Insanın Öz Əlindədir.

0
1753
Sirac Heydərov : Xoşbəxt Olmaq Insanın Öz Əlindədir.

Hörmətli Sirac bəy həm bir rəhbər kimi həmdə NLP təlimləri məzunu kimi sizin NLP haqqında fikirləriniz bilmək bizə çox maraqlı olardı.

- Əslində NLP haqqında ilk eşidəndə bir o qədər maraqlı gəlməmişdi. Çünki xeyli sayda təlimlərdə olmuşam və külli miqdarda sertifikatlarım var. Amma həmişə fikirləşirdim ki, təlimlərdən heç nə ala bilmirəm. Elə fikirləşirdim ki, həyat və iş təcrübəsi hər şeyi daha yaxşı öyrədir. Bir sözlə deyə bilərəm NLP təliminə gəldikdən sonra böyük səhv etdiyimi öyrəndim.
 
İnsanların hər zaman adət etdikləri bir davranışlar var bəs siz necə NLP təlimlərini keçdikdən sonra davranışlarınızı asanlıqla dəyişə bilirsinizmi?
 
- Düzdür çətindir illərlə adət etdiyimiz davranışları dəyişmək. Ancaq bu gün var gücümlə çalışıb bütün həyatımı NLP bilgilərim üzərində qurmağa çalışıram.
 
Sirac bəy NLP təlimində iştirak etdikdən sonra həyatınızda nələri fərq edə bildiniz    ?
 
- NLP təlimindən sonra bu günə qədər həyatımızın səhvlərdən ibarət olduğunu fərq etdim. Tam şəkildə olmasa da düz bilib etdiyimiz çox şeylərin səhv olduğunu gördüm. Hədəfsiz hərəkət eydiyimizi və bizim üçün dəyərli olan şeylərin nə olduğunu düzgün müəyyən etmədiyimizi fərq etdim.
 
NLP təlimindən sonra  həyatınızda nələri dəyişə bildiniz?
 
- NLP təlimindən sonra həyatımda nəyi yox bütün həyatımı dəyişmək prosesinə başlamışam.
 
Tələmçi Babək Bayramov haqqında nə düşünürsünüz?
 
- Babək müəllim haqqında danışmaq bizə düşməz. Mən sadəcə bir ömür Babək müəllimə minnətdaram. Həqiqətən əslində həyatın necə olduğunu bizə izah edən, həqiqətən öyrədən  bir müəllim ,şəxsən mənim üçün dahi bir insan.
 
Ən sonda NLP məzunu olaraq bizim saytımızın оxucularımıza nələri tövsiyyə edərdiniz?
 
- Hər kəsə NLP ilə maraqlanmağı məsləhət görərdim. Çünki əslində həyat bu gün bizim yaşadığımız kimi deyil. Dəyişmək lazımdır. Xoşbəxt olmaq insanın öz əlindədir. Bunu da bizə NLP öyrədir. Babək müəlimin “youtub”-da  çıxışları var hec olmasa bu çıxışları izləmək lazımdır. Əgər fikrimi bilmək istəsəz məncə NLP bu gün bütün təlim-tədris müəssisələrində tədris olunmalıdır.
 
 
Cazibe.İnfo Fərdi İnkişaf Portalı
 
 

ŞƏRH YAZIN