Bizi Biz Edən İnanclarımız...

0
1987
Bizi Biz Edən İnanclarımız...

 Hər birimizin düşüncələrinin dərinliklərində öz inancları və dəyərləri vardır. Bunlar müvəqqəti duyğular, hətta mövqelərdən daha qalıcıdır. Əldə etməyə çalışdığınız şeyə təsir edən inanclar ən çox özünüzə bağlı inanclarınızla, özünüzü necə "gördüyünüzlə" əlaqədardır. Buna özümüzə bağlı inanclarımız da deyə bilərik. "Söhbət satışdan gedirsə, o sahədə müvəffəqiyyətsiz oluram", "Bir qrup qarşısında yaxşı çıxış edə bilmirəm" kimi inanclar əldə etmək istədiyimiz şey üçün bizi ciddi ölçüdə məhdudlaşdıran bir rol oynaya bilər. Necə ki, "İnsanlarla yaxşı münasibət qura bilirəm" kimi bir ifadə insana müsbət təsir edir, güc qazandıra bilir. Halbuki, bəzən insanlar güc qazanmaq üçün illərini sərf edir. Başqa izahatla; "Hesablamalarla aram yaxşı deyil" kimi bir ifadə, başqa sözlə desək, özümüzlə bağlı mənfi bir inanc belə, saatlar sürən iş və şüurlu səylərimizi boşa çıxara bilər. 

 
Halbuki, inanc özünü təsdiq edən bir kəhanət kimi, günü qazanmağınızı təmin edə bilər. Özümüzlə bağlı hər inancın bir çox əsasları olur. Məsələn, "Bir danışığı rahatlıqla başlada bilirəm", "Tanımadığım insanların yanında narahat olmuram", "Filan kəslərlə söhbətim yaxşı tutur" kimi əsaslarımız olduğuna görə, "İnsanlarla yaxşı münasibət qura bilirəm" kimi inanc yaranır. Bəli, bir inancı dəstəkləyən nə qədər çox əsasımız olarsa, inanc da o qədər güclü olacaq.
 
Hər birimizin mütləq özünəxas inancları vardır. Bir şeyə inandığımız zaman, bu bütün davranışlarımıza təsir edər. Sözügedən davranışımızla bağlı sonradan nə düşündüyümüz ya da onu necə şərh etdiyimiz də gələcəkdəki davranışımıza təsir edər. Ona görə, nəyə inandığımıza və niyə inandığımıza xüsusi diqqət yetirməliyik. Çünki, gələcək həyatımızı bu inanclarımız və onlara söykənən davranışlarımız müəyyən edər.

ŞƏRH YAZIN