Pozitiv Düşüncə Nədir?

0
5311
 Pozitiv Düşüncə Nədir?

Pozitiv düşüncə nədir?
Pozitiv düşüncə dedikdə hər kəsin ağlına neqativ olmayanın qarşılığı "pozitiv" gəlir. "Polyanna fəlsəfəsi" kimi tanınan ,Elenor H.Porter tərəfindən qələmə alınan Pollyanna adlı kitabda qəhrəmanın şəxsiyyət xüsusiyyətindən çıxan bu fəlsəfəyə görə , hər şeyin mütləq pozitiv bir tərəfi vardır. Məsələ buna inanmaq və bunu axtarıb tapmaqdır. Pozitiv düşüncə isə " Pollyannaçılıq " deyil. Tək cümlə ilə tərifini demək mümkün olmasa da bu düşüncə sistemini bu şəkildə ifadə edə bilərik:
Pozitiv düşüncə ;
- Hansı vəziyyətdə olursa olsun alternativ çıxara bilər.
-Təlim standartlarimizin bizə çəkdiyi sərhədlərin kənarına keçə bilər.
-Həll istiqamətlidir.
-Rasionaldır. 
-Sürətli dəyişməyə  eyni sürətdə bənzəyə bilər.
-Müvəffəqiyyətə aparan yeganə yoldur. 
-Vəziyyət nə olursa olsun psixi cəhətdən müsbət dəyişikliyi təmin edər.
-Sürətli qərar verməyi təmin edən bir düşüncə sistemidir.
-Fikri azadlığı ifadə edir.
-Azadlığın düşüncədə reallaşmasını təmin edər.
Bu düşüncə sisteminə müsbət düşüncə deyilməsinin səbəbi, hər şərtdə müsbət enerjinin oyanmasını təmin etməsi və son nəticənin müsbət olmasıdır, beləcə insanı hər zaman aktiv və sağlam etməsidir.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN