18 Yaşına Qədər Qazanılması Lazım Olan Bacarıqlar

0
4690
18 Yaşına Qədər Qazanılması Lazım Olan Bacarıqlar

Keçmiş dekan olan çox satılan kitabların müəllifi Julie Lythcott-Haims 18 yaşındakı hər bir fərdin sahib olması lazım olan yetkin bacarıqlarını ifadə edir.

Stanford Universitetinin keçmiş dekanı və New York Times’ın çox satanlar siyahısında yer alan "Bir Gənc Necə Böyüdülür" kitabının müəllifi Julie Lythcott-Haims, 18 yaşına qədər hər bir fərdin mütləq olması lazım olan ən vacib həyat bacarıqlarını və valideynlərin,bu bacarıqların inkişafına necə dəstək əvəzinə, mane olduqlarını belə sıralayır.
 
Həyat bir dənizdirsə bu dənizdə üzməyə gənclər hazır olmalıdır.
 
1. 18 yaşındakı gəncin yadlarla ünsiyyət qura bilməsi lazımdır.
 
Universitet işçiləri, dekanlar, ev sahibləri, mağaza vəzifəliləri, bank işçiləri, insan resursları idarəçiləri, iş yoldaşları, sağlamlıq vəzifəliləri, avtobus sürücüləri, təmirçilər;yəni real dünyadakı insanlarla rahatca danışa bilməlidilər.
 
Necə mane oluruq: Uşaqlara çox yaxşı, bir az pis olan yad insanları bir-birindən ayırma qabiliyyəti öyrətmək əvəzinə,yadlarla danışmamağı məsləhət görürük. Beləliklə, uşaqlar birindən kömək etməsini,ya da yol göstərməsini istəyəcəkləri zaman yad insanlara qarşı necə yanaşacaqlarını yəni hörmətli bir şəkildə və göz təması quraraq yanaşmalı olduqlarını bilmirlər.
 
2.18 yaşındakı biri gedəcəyi yerə özü gedə bilməlidir.
 
Yay təcrübəsini edəcəyi kənd,qəsəbə ya da xaricdə çalışacağı və ya oxumağa gedəcəyi şəhər.

Necə mane oluruq: Uşaqlarımızı hər yerə özümüz aparırıq. Gedəcəkləri yerə avtobusla, velosipedlə, ya da piyada gedəcək olsalar belə buna icazə vermirik. Bu səbəbdən uşaqlar bir yerdən bir yerə necə gedəcəklərini, nəqliyyat vasitələrini və qarmaqarışıqlığını, avtomobilləri varsa nə zaman benzin almaq lazım olduğunu, ya da nəqliyyat planı etməyi bilmirlər.
 
3.18 yaşlı biri öz tapşırıqlarını, iş yükünü və son təhvil tarixlərini özü idarə edə bilməlidir.
 
Necə mane oluruq: Uşaqlarımıza ev tapşırıqlarının təhvil tarixinin gəldiyini bildirməklə qalmır, bəzən onlara kömək edir, hətta tapşırıqlarını onların yerinə biz edirik. Beləliklə, uşaqlarımız onlara daim xatırladan biriləri olmadığı müddətcə, yerinə yetirmələri lazım olan tapşırıqlarını ön sıraya qoya bilmir, iş yüklərini idarə edə bilmir,ya da son təhvil tarixlərini qaçırırlar.
 
4.18 yaşındakı biri evin çəkib-çevrilməsinə kömək edə bilməlidir.
 
Necə mane oluruq: Uşaqlarımız məktəb və məktəbdən kənar fəaliyyətlərindən özlərinə çox az vaxt ayırdıqları üçün onlardan ev işlərinə kömək olmalarını çox istəmirik. Beləliklə, uşaqlar öz başlarına çarə qılmır, başqalarının ehtiyaclarına hörmət etmir, ya da hər kəsin yaxşılığı üçün üstlərinə düşəni etmirlər.
 
5.18 yaşındakı birinin başqaları ilə münasibətlərində yaşadığı problemləri həll edə bilməlidir.

Necə mane oluruq: Uşaqlarımızın yaşadıqları səhv başa düşülmələri düzəltmək və yaşadıqları inciklikləri yatızdırmaq üçün həyatlarına müdaxilə edirik. Beləliklə, uşaqlarımız, bizim müdaxiləmiz olmadan münaqişələrlə necə başa çıxacaqlarını və həll edəcəklərini bilmirlər.
 
6.18 yaşındakı biri həyatın eniş-yoxuşlarıyla başa çıxa bilməlidir.
 
Dərslər və iş yükü, universitet səviyyəsində işləmək, rəqabət, sərt müəllimlər,sahibkarlar və digərləri.
 
Necə mane oluruq: İşlər çətinləşəndə dərhal dövrəyə giririk; İşi bitirir,təhvil vermə tarixini uzadır, yetkinlərlə danışırıq. Beləliklə, uşaqlarımız həyatda hər şeyin onların istədiyi kimi getməyəcəyini ancaq yenə də yoluna girəcəyini bilmirlər.
 
7.18 yaşındakı biri pul qazanmağı və onu idarə etməyi bilməlidir.

Necə mane oluruq: Yarı zamanlı işlərdə işləmirlər, istədikləri və ya ehtiyac duyduqları zaman bizdən pul alırlar. Beləliklə, uşaqlarda başladıqları bir işi bitirmə, onları sevmək məcburiyyətində olmayan bir müdirə hesabat vermə və ya  alınan şeylərin qiymətini dəyərləndirib pullarını idarə etmə şüuru inkişaf etmir.
 
8.18 yaşındakı biri riskə girə bilməlidir.
 
Necə mane oluruq: Onların qarşısına uzanıb gedən bir yol səririk, yoldakı bütün dərələri, təpələri onlar üçün təmizləyirik. Beləliklə, uşaqlarımız uğurun ancaq sınayıb uğursuzluğa uğramaq və sonra təkrar sınamaqla, yəni qərarlı bir şəkildə və işlər tərs gedəndə mübarizə etməklə əldə edilən müqavimətlə mümkün ola bildiyini başa düşə bilmirlər.
 
 
Unutmayın: Uşaqlarımızın bütün bunları bir valideyni ilə telefonla danışmadan həll etməsi lazımdır. Əgər zəng edirlərsə, bu həyat bacarığına malik deyillər deməkdir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN