Fantaziyanın Gücü

0
1795
Fantaziyanın Gücü

Diqqətimizi cəmləşdirərək istədiyimi şeyi əldə edər,olmaq istədiyimiz kimi olarıq.Sadəcə,etməmiz lazım olan bu qanunu bilmək və ilhamla istifadə etməkdir.Fantaziya həmişə bizdən qabaqdadır.

Arzuladığınız nə olursa olsun,ona çatmaq istəyirsinizsə,inanmalısınız! İnam,bizim içimizdəkiləri həyata köçürür.İnsan adaptasiya içində yaşamağa cəhd göstərir.
Bəs fantaziyadan necə istifadə emək lazımdır? Dua edərkən,məqsədimizə çatacağımızı bilir və ona yönəlirik.Əgər,fantaziyadan israrla istifadə edilsə,fikirin olduğu hər yerdə müvəffəqiyyət olar. İnsan düşündüyü kimidir,başqa cür ola bilməz! Bu günkü düşüncə tərzimiz sabahlarımızı hazırlayır.Özümüzə yazığımız gəlməməlidir.Əmin olun ki,özümüz haqda inanclarımız həyatımızın mövqeyini təyin edir.Xəyallarınıza icazə verin ki,daha yuxarıları gəzsin.

Özünüzü bir möcüzə kimi hiss edin! Düşünün ki,etdiklərinizi yüksək səviyyədə həyata keçirirsiniz və yaxşı nəticələr əldə edirsiniz,ehtiyac duyduğunuz hər nə varsa,sizə gəlir və bütün xülyalarınız möcüzəvi şəkildə reallaşır!

 

Korrektə etdi: Günel İbadova

 
 
 

ŞƏRH YAZIN