İlhamınızı Tapın

0
3203
İlhamınızı Tapın

İlham nəinki yaradıcı insanlar, həmçinin uğurlu və xoşbəxt olmaq istəyənlər üçün vacibdir. Bəs ilham nədir və onu necə tapmaq olar?

İlham nədir?

Bəzi insanlar bunu uydurma hesab edir və vacibliyinə inanmır. Lakin onu həqiqətən axtarsanız tapa bilərsiniz. Digərləri bunu ideyalar tapmaq üçün vasitə hesab edirlər, lakin bu daha çox ideyaları həyata keçirmək üçün hərəkətdir.

İlham – bu bir İlahi hissidr. İlham sizin ruhunuza daxil olaraq, ideyaları dəqiqləşdirir, onları həyata keçirir, digərlərini ruhlandırır.

İlhamı necə tapmaq olar?

Əgər siz onu axtarırsız isə, o, hər bir yerdə olacaq. Sadəcə gözüaçıq olmaq lazımdır. Beləki, bizlər başqa fikirlərlə dolu olduğumuzdan bu ilham mənbələrini gözdən qaçırırıq. Hər bir şeydə ruhlandırıcı anları, yerləri axtarın.

Bəzi mümkün olan ilham mənbələri:

• bloqlar

• kitablar

• jurnallar

• kinolar

• ətraf insanlar

• təbiət

• uşaqlar

• incəsənət

• musiqi

• tarix

• məşqlər

• din

• böyük layihələr

• arzular

• sosial media

• şəkillər

• forumlar

• Google

• uğur tarixçələri

• həyat

Sadəcə daim gözüaçıq olun və bacardığınız qədər ruhdan düşməyin.

Ruhdan düşməmək üçün nə edilməlidir?

İlham – birdəfəlik iş deyil. Sizin buna daim ehtiyacınız var. Yuxarıdakıları yerinə yetirərək, siz daim öndə olacaqsınız. Bu bir adətə çevrilir ki, istənilən zaman istifadə edə biləcəksiniz.

Ruhdan düşməmək üçün bəzi məsləhətlər:

1. Yüksək ruhlu insanlarla işləyin. Ən yaxşı metod yaradıcı, enerjili, pozitiv insanlarla işləməkdir.

2. Hər gün oxuyun. Müxtəlif kitablar, jurnallar, bloqlar.

3. Küçəyə çıxın. Təbiət ən böyük ilham mənbələrindən biridir. Bütün günü evdə otursanız əldən vermiş olacaqsınız.

4. Yeni insanlarla ünsiyyətə girin. Əgər siz istəsəniz, onlar yeniliklərlə sizin həyatınıza daxil olacaqlar.

5. Köhnəliklərdən qurtulun. Hadisələrə yeni gözlə baxın. Evə qayıtmağın yeni yolunu seçin. Yeni restorana gedin. Yeniliklərdən yan keçməyin.

6. Susmaq üçün vaxt tapın. Bu daha ruhlandırıcıdır. Təəssüf ki, bunu bir çoxları başa düşmür.

7. Fiziki məşqlər ilə məşğul olun və ya ən azından hərəkət edin. Bu qan dövranını yaxşılaşdırır və ideyaları hərəkətə gətirir. Bəzi insanlarda ilhamlı fikirlər qaçış zamanı gəlir.

 

ŞƏRH YAZIN