Xoşbəxtliyinə mane olan ifadələr

0
3056
Xoşbəxtliyinə mane olan ifadələr

 Xoşbəxt olmaq istəyirsən, amma bu səndə alınmır. Sənin də hər kəs kimi xoşbəxt olmaq haqqın var. Onun üçün dərd etmə. İlk öncə özündən pis fikirləri uzaqlaşdır. 


Gərək heç vaxt 

1. "Məndə heçnə alınmır."

2. "Mənim bəxtim yoxdu."

3. "Mən bacarmaram."

4. "Mən heç kimə və heç nəyə inanmıram."

5. "Ola bilməz."

6. "Bu həyatdan bezmişəm."

7. "Mən belə kök olmasaydım."

8. "Bu mənimçün çox çətin olar." deməyəsən.

Unutmayın ki, bizi eşidən və qoruyan mələklər var. Onlar bizim ürəyimizdən keçən istəkləri oxuyur. Ona görə fikirləşəndə də gərək yaxşı şeylər haqqında fikirləşək. Məsələn özümüzü tərifləyək.. Mən bacararam, mən sağlamam, mən inanıram, mən tək deyiləm və sair və ilaxır.
 
Həyatda nailiyyət qazanan adamı eşitmək lazımdı. Heç zarafatla da özünə pis demək olmaz.
Varlanmaq istəyinə görə utanmaq lazım deyil. Pul adamı dəyişir, pullu olmaq təhlükəlidi fikri yalnışdı. Nəyi pisdi ki, pulumuz olsun ürəyimizdəkiləri həyata keçirək. Kimlərəsə kömək edək. Əvvəl Allah, sonra biz. Və sonda unutmayaq, ən böyük məhəbbət, ən çox var–dövlət Allahımıza olan sevgimizdir.

ŞƏRH YAZIN