Qorxuya Qalib Gəlin!

0
3884
Qorxuya Qalib Gəlin!

Utancaqlığa son verin! Nəzərlər bir adamın üzərinə yönələrsə,o adam narahat olmağa başlayır. İnsan,qorxunu buraxıb,rahat və inamla yaşamalıdır.Güvən həyat haqqında təhlükəsizlik duyğusudur.Qürur isə,bir şəxsə məxsus güvən duyğusunun varlığını başqalarına isbat etməyə çalışmasıdır.Özünə inamı bircə şey məhv edər: uğursuzluq qorxusu.Müvəffəqiyyət qazanmağa inam,müvəffəqiyyət gətirər.

Həyat boyu komik vəziyyətlərə düşəndə qızarıb kəkələyərik ki,buna da “ələ salınma” qorxusu deyilir.Bəzi insanlar dost qazanmaqdan qorxarlar.Onlar rədd edilməkdən qorxduqları üçün tək yaşamağı seçirlər.
Kəkələmə kiçik yaşlardan valideynlər tərəfindən tələb edilən mükəmməlliyin təsdiqlənməmək qorxusunun nəticəsidir.Pis nəticələrlə qarşılaşma və bunun öhdəsindən gələ bilməmək qorxusu üzündən insanlar riskli işlərə girib,inkişaf edə bilməzlər.Etibarsızlıq hər şeyin insanın məhdud mənliyinə bağlı olduğuna inanmaqdan qaynaqlanır.

Qorxu insanın ən böyük düşmənidir.Qorxunun özündən başqa qorxulacaq bir tərəfi yoxdur.Qorxu hissi bərqərar olan yerdə məntiq işləmir.Qorxu bir duyğudur,amma həqiqət aşkar olunarsa,qorxu yox olar.Qorxular ön mühakimədən yaranarlar.
Qorxulacaq heç nə yoxdur və siz hər şeyin öhdəsindən gələ biləcək gücə sahibsiniz.Güc içinizdədir.
Məğlubiyyətdən qorxmayın! İçinizdən gələn səsə inanın və güvənin! Həyatı sevinc və sevgi dolu yaşayın! Harada olursunuz olun Allaha güvənin!

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN