Müvəffəqiyyət üçün şüuraltını proqramlaşdırma

0
4720
Müvəffəqiyyət üçün şüuraltını proqramlaşdırma

1. Şüuraltınızda hər sualın cavabı vardır. Yuxuya getməzdən əvvəl şüuraltınıza "Səhər altıda qalxacam " əmrini versəniz sizi tam saatında oyandıracaq.

2. Hər gecə yatarkən öz-özünüzə söylədiyiniz müsbət ifadələr sağlamlığınızın və həyatınızın qüsursuz olması istiqamətində olsun bu zaman şüuraltınız bu ifadəni ƏMR hesab edib ƏMrinizi yerinə yetirəcək.

3. Bir kitab və ya yaxşı bir teatr əsəri yazmaq, fövqəladə  danışmaq istəyirsinizsə, bu fikri sevgiylə ,hiss edərək şüuraltınıza çatdırın , o da sizə istədiyiniz qarşılığı verəcək.

4. Heç vaxt "bunu edə bilmərəm" ya da " bunun olması qeyri-mümkün " kimi sözlər söyləməyin. Şüuraltınız  bu düşüncələrdən ötəri etmək istədiyiniz şey üçün qabiliyyətiniz olmadığını qəbul edəcək.

5. Sizə zərər verəcək və ya əzab çəkəcəyiniz şeylər düşünməyin. Çünki nəyə inansanız onunla qarşılaşacaqsınız.

6. Ən doğru şəkildə düşünüb hiss etməyə başlasanız mütləq dinc bir zehinə sahib olarsınız. Şüuraltınız, beynizdə keçirib doğru olduğunu iddia etdiyiniz hər şeyi qəbul edəcək və sizə bunu yaşadacaq.

7. Şüurunuz qapıdakı gözətçidir. Ən əhəmiyyətli funksiyası şüuraltını, səhv təəssüratlardan qorumaqdır. Yaxşı şeylərin ola biləcəyini və hazırda da  olduğunu düşünün. 

 

ŞƏRH YAZIN