Xanım Takatanın Hekayəsi

0
795
Xanım Takatanın Hekayəsi

Hawayo Takata, 1909-cu ildə Yapon bir ata-ananın Amerikalı qızları olaraq, Havay adalarında dünyaya gəlib. O, 29 yaşında olanda ərini itirir və çox kasıb bir vəziyyətdə iki balaca qızını böyütmək məcburiyyətində qaldı. 35 yaşında, onda ciddi sağlamlıq problemləri yaranmağa başladı. Bir neçə yaxın qohumunun ardından çox sarsıldı və çox zəiflədi. 1935-ci ilin payızında, dualardan və ruhunu axtararaq keçirdiyi bir müddətdən sonra, yaşamağa heç gücü qalmadığını hiss edir. Sonra o, problemlərin həllinin Yaponiyada olduğunu hiss edir. 

Naəlaclıqdan, ancaq bu hissin Allahdan gəldiyinə inanaraq Tokioya gedib, xəstəxanada işləyən bir dostunu ziyarət etdi. Bir çox müayinədən keçdikdən sonra, ona tək xilas yolunun əməliyyat olduğunu dedilər. Əməliyyatdan dərhal əvvəl, əməliyyatın lazım olmadığı və ona başqa bir müalicənin kömək edəcəyi hissi gəldi. Həkimlərin və tibb bacılarının qarşı olmağına baxmayaraq, əməliyyat istəmədi və əməliyyat olunmadı. Xəstəxanadan gedəndə, həkim yoldaşına başqa bir müalicə üsulu olub-olmadığını soruşdu. Yoldaşı ona, Dr. Hayashinin Reiki xəstəxanasından danışdı. Takata, Dr. Hayashinin yanına getdi və ilk öncə Reikinin sadə əl təmasına qarşı çıxsa da, davamlı və nizamlı müalicəni qəbul etdi. Təəccüb və xoşbəxtlik içində, sağlamlığının düzəlməyə başladığını gördü və problemləri sağalana qədər müalicəni davam etdirdi. 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN