Satış Zamanı Bədən Dilinin Rolu

0
1108
Satış Zamanı Bədən Dilinin Rolu

Uğurlu satış üçün bədən dili də önəm daşıyan amillərdəndir.Satış zamanı duruşunuzu görə bilirsinizmi? Satıcı bədən dilindən yaxşı istifadə edə bilən biri olmalıdır.Əllərin öndə və ya arxada birləşdirilməsi - ikisi də fərqli mənalar bildirir.Əgər əllərinizi öndə birləşdirirsinizsə,buna xalq dilində “əlpəncə divan durmaq” deyilir,bu müştərinizdə “vur ənsəsinə al ağzından loxmanı” təəssüratını oyandırır ki,bu da satış çıxışında idarənin onun əlinə keçdiyini bildirir.Təbii ki,bu sizin üçün xoş bir vəziyyət deyil. Əgər siz əllərinizi arxadan birləşdirirsinizsə, özünüzə güvəndiyinizin və heç bir şeyi saxlama ehtiyacı duymadığınız mənasını verir.Yoxlama alan bir zabitin bölüyün qarşısında necə gəzdiyini ya da həbsxana həyətində  sərgərdan gəzən məhkumları bir düşünün,fikirləşirəm ki, belə daha aydın oldu

Unudulmamalıdır ki,satış sizin idarənizdə olmalıdır,o zaman satışı uğurlu bir şəkildə sonlandıra bilərsiniz,əks təqdirdə vaxtınızı boşa xərcləmişsinizdir və bu da çox sıxlıq olan bir mağaza mühitində  sizi gözləyən müştəriləri də qaçırmanıza gətirib çıxaracaqdır.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN