Autizmli Qız Ege Dənizin Uğur Hekayəsi

0
2856
Autizmli Qız Ege Dənizin Uğur Hekayəsi

Daha yaxşı qaçıb olimpiadalarda çempion olacağam

Yaşadıqları ilə nümunə olan  autizm sindromlu qız Ege Dənizin idmanla həyatı tam dəyişdi. Daha əvvəl hiperaktiv biri olan və əsəbi olmağı ilə ətrafına zərər verən Ege, idmanla bu xəstəliyini xeyli yüngülləşdirdi. Olimpiadalar üçün, "Gələcəkdə gözəl qaçacağam. Medal alacağam, sürpriz var". Deyə qısa danışıb işlərinə bütün sürətilə davam edir.
 
İzmirli bir mühəndis cütlüyün qızıdır Ege Dəniz… Daha doğulmadan adını müəyyənləşdiriblər,Ege deyə …Oğlan, ya da qız fərq etməz, bu adı qoymalarında… Balaca Ege, 20 aylıq ikən autizm sindromu ilə  tanış olur…Bahar Xanım, heç gülməyən qızını həkimə aparır. Orada acı həqiqəti öyrənir…Və çox kədərlənir…Bir həkimin diaqnozu ilə kifayətlənməz, bir neçə həkimə daha gedər… 20 aylıq Ege, artıq autizm sindromludur…Bundan sonra həyatları tamamilə dəyişir Dəniz ailəsinin.Hiperaktiv qızları böyüdükcə daha da əsəbi olmağa başlar...Əsəbiləşdikcə böyüyər.. İllər illərin arxasınca keçər, Ege özünü tanımağa başladığı andan etibarən əvvəl özünə, sonra ailəsinə zərər verməyə başlayar…O illər heç keçmək bilməz. Bahar Xanım, qızını ram etməkdə çətinlik çəkir. Hətta o qədər ki, iki dəfə daxili qanaxma keçirir. Topuqdan qolu qırılır, Amma heç vaxt məğlub olmaz. Bu xəstəlikdən azad olmaq üçün bütün sərvətlərini xərcliyərlər… Amerikadan İsrailə, oradan Hollandiyaya hara gediblərsə çarə tapımayıb. Bütün dərmanlar sınanır, ancaq heç bir xeyri yoxdur. İnternetdə axtarış apararkən ağıllarına Egeni idmana yazdırmaq gələr . Milli karateçi olan Bahar Xanım, ilk öncə tennisə verir. 18 yaşlı Ege, qısa müddətdə Türkiyə ikinciliyini əldə edir. Daha sonra üzməyə gedir. Burada da da Avropa çempionu və dünya beşincisi olur. 6 aydır isə atletikayla məşğul olan Ege, burada da bütün tənqidçiləri çaşdırır. Ən son qoşulan Avrasiya Marafonunda 20 yaş arasında birinci olur.Egenin yeni hədəfləri isə 2016 Braziliya Olimpiya Oyunları. Autizmli bir insanın belə bir uğuru tutması dünyada da əks-səda qoparır.Performans və fərdi bir idman olan atletikadakı bu uğur münasibətilə dünyanın bir çox ölkəsindən çoxlu sayda ailə və psixoloqlar Egeylə tanış olmaq üçün can atarlar. Ancaq Egeni hazırlaşdıran müəllimlər, sponsor tapa bilməməkdən şikayətlənir. Maddi imkansızlıqdan belə uğur qazanan Egenin sponsoruyla Türkiyənin adını bütün dünyada tanıdacağından kimsənin şübhəsi olmasın. Ege Dəniz, danışmaqda çətinlik çəkdiyi üçün anasından müsahibə aldıq. Həmçinin 3 Dekabr Fiziki Qüsurlular Günündə bir çempionun həyat hekayəsinə şahidi olduq. Egenin tək bir xahişi var: "Xahiş edirəm, mənə sahib çıxın. Türkiyədə zəngin insanlar var …Mənə sponsor olun…Türkün gücünü bütün dünyaya göstərim…" Zehni əngəllilərdə Türkiyənin ən böyük idmançısı və hətta dünyada sayılı idmançılardan Ege, hədəflərini və xəyallarını danışdı:
 
AUTİZM SİNDROMLU İDMANLA ƏLAQƏSİ NECƏDİR. BİR AUTİZM SİNDROMLU UŞAQ İDMANDAN NƏ QƏDƏR UĞUR ƏLDƏ EDƏR. HƏR AUTİZM SİDROMLU UŞAQ İDMAN EDƏ BİLƏRMİ?
 
Bütün autizm sidromlular üçün reabilitasiya məqsədli idman şərtdir.Hiperaktiv və autizim sindromlu insanları idmana istiqamətləndirsək daha yaxşı olar.Performans idmanı edərək paralimpiya oyunlarında uşağın inkişafı üçün də yaxşı olar. Qabiliyyəti varsa üstün performans idmanı, istedadı yoxdursa belə, hər autizm sindromlu uşağın mütləq idman etməsi şərtdir. Kartlarla bir şeyləri öyrətmək deyil, həyatın içərisində hiperaktivliklə o enerjini bir şəkildə atması lazımdır.
 
Egeyi kim kəşf etdi? Egeyə bu ana qədər kimlər yardımçı oldu?
 
Egeyi mən kəşf etdim. Milli karateçi kimi içindəki o idman məhəbbətini ortaya çıxartdım. İdman Egeni rebilitasiya edib deyə bilərəm. İdmanın içində bir həyat olmasaydı bəlkə də bu yollar heç düşünülməzdi. Ailənin idmançı həyat içində olması Ege üçün böyük bir şansdır.Artıq Egenin modelində belə bir üsul, yəni hərəkətli bir həyatı dəstəkləyərək autizm kimi ağır halların bərpasının əldə olunacağını göstərdik. Daha əvvəl belə hallarda Amerikaya gedilirdi, ancaq Egeden sonra Amerika Türkiyəyə gəlməyə başladı. Bizdən bir şeylər öyrənmək üçün. Egenin  uğur video materialları dərc olunandan sonra həqiqətən dünyaya bomba kimi düşdü. İngiltərə, İsveç kimi ölkələrdən izləyicisi var. Bizi konqreslərə dəvət edirlər. Buna istinadən bir çox yer açıldı, autizmlilərə idman etdirə bilmək üçün. Bu baxımdan da bir az diqqətli olmaq lazımdır. Rahat etmək üçün də çox böyük pullar verib qoyduğunuz yerə və mövqeyə həqiqətən nələr olur. Ege, rekordların sahibi Semir Bərbər kimi işin ciddiliyini bilən, həm psixoloq, həm də məşqçi və ən az onun qədər dəyərli müəllimlərlə çalışır. Bu idmançı uğurunda professional bu qrupun əməyini görməzdən gələ bilmərik.
 
Türkiyədə autizm sindromlu uşaqlara yaradılan imkanlar nə qədərdir? Autizm sindromu nə qədər tanınır?
 
Autizmin nə olduğu hazırda məlum olmayan bir vəziyyətdir. Buna görə də o, iddialı sözləri bir kənara qoymaq lazımdır. Türkiyədə autizmə verilən töhfə həftədə 2 saatlıq xüsusi təhsillə məhdud bir vəziyyətdədir. Normal şərtlərdə autizmli bir uşağın 40 saat dərs alması lazımdır. Ancaq geri qalan günlərdə bu uşaq həmişə sizinlə birlikdə. Burada ailələrin səbri çox əhəmiyyət qazanır. Onsuz da bir baxıcı tapmağınız demək olar ki, mümkünsüz. Tapsanız belə, baxıcı qısa müddətdə qaçır. Burada ən böyük vəzifə analara düşür. Heç qorxmadan uşağıyla məşğul olması lazımdır. Bu da böyük sıxıntıları özüylə bərabər gətirir.
 
Autizm sindromlu uşaqla məşğul olmaq çətindir deyəsən…
 
Eynilə, iki yaşında belə o divardan bu divara tullanır. Siz o uşağı yerə oturdursunuz, ayaqlarını qaldırır və müəllim də öz ayaqlarını üzərinə qoyur və ortaya da bir qutu qoyur. Siz ona o şəkildə təhsil verməyə çalışırsınız. Halbuki, dünyada heç bir normal uşaq o şəkildə təhsil almır. Uşaq dünyanı parkda, təbiətdə öyrənir. Zamanla çox aktiv bir uşağın enerjisini alıb oturma mövqeyinə da gətirə bilərsiniz. Biz Egeyə oxuma yazmağı idmandan sonra öyrətdik, məktəbə də getdi. Egenin özünə zərər verdiyi şəkil və videoların istifadə etmə səbəbi də əslində budur. Bəli, baxın, çox pis vəziyyətdən bu günlərə gəldi. İnanın ki həkimlər Egenin inkişaf video materiallarını görəndə ilk əvvəl inanmadılar. Bu qızın Ege deyil, dublyoru olduğunu dedilər. Niyə çünki o pis bir nümunə bəzi təbəqələr üçün. O qədər pis bir vəziyyətdən bu qədər yaxşı bir vəziyyətə gəlmək, onların təqdim etdiyi sistemdən başqa bir sistemlə bəzilərini oyandıra bilər.
 
Hansı istiqamətdə məşğul olur? Hansında müvəffəqiyyətli, hədəfləriniz nələrdir?
 
Altı ay əvvələ qədər üzmədə Avropa çempionu və dünya beşinciliyi var. Amma ölkəmizdə bu cür xüsusi idmançılar üçün üzəcək məcra belə yox. Hər şərtdə idman etməsi mümkün olmadığı üçün biz üzməyi buraxmaq məcburiyyətində qaldıq. Bu bizim üçün əslində xoş olmuyan bir şeydir. Dövlətin idman kompleksində Egenin üzməsi üçün yarım saat verirlər. 12 ilə 12 tamam arasında gəlsin üzsün. Çıxış idmançısı olduğu üçün 8 saat üzməsi lazımdır. Peşəkar hovuz tapa bilmədiyimiz üçün daim sıxıntı yaşadıq. Ege atletikaya da meyilli idi. Belə olduqda da son 6 ayda atletikaya daha üstünlük verdik. Üzməyi buraxma nöqtəsindəyik. Yalnız terapiya olsun deyə üzür. Ancaq atletikaya böyük əhəmiyyət veririk. Gələcəyin ulduzunu yetişdirmək üçün bütün müəllimlər var-gücümüzlə çalışırıq. Hədəflərimiz 2015 Dünya çempionatı və 2016 Braziliya olimpiya oyunları. Olimpiada üçün heç bir narahatlığımız yoxdur. İnşaallah, Ege, olimpiya medalı boynuna asacaqdır. Çünki Egenin potensialı və arxasındakı peşəkar briqadadan görə biz rahatıq. 4 nəfər Egenin arxasınca qaçır. Egeyi üstün performans mütəxəssisi hazırlaşdırır. Dünya rekordlarını qıraraq, bir addım sonrasında normallarla yarışdırmaq istəyirik. Çünki biatlonda normallarla yarışdı və rəqiblərinə 800 metr fərq atdı və tur mindirərək birinci oldu. Ege, zehni əngəllilərlə girdiyi bütün yarışlarda çempion oldu.
 
Türkiyə, Egeyi  nə qədər tanıyır?
 
Hələ tanımır. Ən son keçirilən Avrasiya Marafonunda 20 yaş altında birinci oldu. Bizim çox təşəbbüslərimiz olmadı bu günə qədər. Üzməklə bağlı dövr dövr televiziyalara çıxdıq. Ege əslində ad kimi tanınır. Keçmişdə yaşadığımız çətinliklər də var. Məsələn, dünya üzgüçülük çempionatına gedəcəkdik, Üzgüçülük Federasiyası pul vermədi. Öz imkanlarınızla gedin dedi. Bizə maneçilik törətdilər. Biz xüsusi idmançıların bağlı olduğu federasiyaya bağlıyıq. Ən böyük nöqsanımız sponsur. Təəssüf ki, bu günə qədər sponsur məsələsində uğurlu olmamışıq. Kimsə bizə sponsur olmaq istəmədi. Buradan müraciət edirəm. Əlil bir insana sponsur olmaq olmaz mı? İddia edirəm ki, sponsur tapaq Türkiyənin adını bütün dünyaya əzbərlədərik. Bir şeyi daha vurğulamaq istəyirəm. Egenin xəstəxana sponsuru belə yoxdur. Ona heçnə olmasın deyə dua edirik. Çünki müalicə etdirəcək pulumuz yoxdur. Sağdan soldan tapdığımız pullarla idarə edirik. Ümid edirəm ki, bir xəstəxana bizə əlini uzadar. Böyük firmalar xahiş edirəm, Egeyə sponsur olun və çempionatlığın sevincini  hamı birlikdə yaşayaq.
 
Autizm sindromlu  idman əlaqəsini bir az danışa bilərsiniz?
 
Autizm, fərqindəliyi bilən bir insan üçün bir şansdır. Xüsusilə yüksək performans çalışmalarındə biz, Ege kimi idmançılarda uğuru görürük. Təslimiyyət əhəmiyyətlidir idman uğurlarında, davamlılıq və pröfesyonel komanda vacibdir. Egeyə qaç deyincə qaçır. Bir autizmli düşünməz, niyə qaçacağam,qaça bilərəmmi, qaça bilmərəmmi, ağrıyarmı, yoxsa, ağrımaz mı. Bu təslimiyyətdir və bu da uğuru gətirir. Onun xaricində intizam qismi belədi onsuz da. Hiperaktiv olması, yəni içində təbii ki, bir enerji var, o enerjini istifadə edir. Yorulmaq bilmir. Bu da bir çıxış idmanı üçün olmazsa olmaz bir şeydir. Autizm Həll Mərkəzi yaratmağa çalışırıq. Yüksək performans və bu qabiliyyətə malik uşaqlar üçün. Ən azından on dənə olimpiya çempionu çıxar. Amma bu şüurda olarsa çıxar.Hiperaktiv bir uşağı siz pianonun başına oturda bilmirsiniz. Ona görə bu mənada idman hamısının infrastrukturudur. Bəziləri çıxış idmançısı kimi görür, bəziləri digər qabiliyyətini çıxardar. Amma o istedadı görməyiniz üçün uşağın əvvəl içindəki xəbərdarlıqlarını normal səviyyəyə yetirməyiniz lazımdır. Çünki o xəbərdarlıqları ata bu dəfə o duyduğu əsəbi narahatlıqdan dolayı, özünə təzyiq edərək, bədəninə zərər verməyə başlayır. Bu dəfə də ağıl xəstəsi olaraq görülüb, 18 yaşının üzərində istifadə edəcəyi şizofrenik dərmanlarını 4 yaşlı uşaqlara amansızcasına verirlər. O dərmanlar hələ də pendir çörək kimi verilir və reseptsiz satılır apteklərdə. Ailələrinə bir şey söyləyə bilmirsiz, çünki insanlar çarəsiz vəziyyətdədirlər. İki saat yatsın, mən də ayaqlarımı uzadım deyə bu dərmanları verirlər. Çünki sistem bunu təlqin edir.
 
Egenin bizə 24 saatını danışa bilərsiniz? Bir günü necə keçir.
 
Səhər qalxır. Adətən səhər məşqi var. 7-8-də. Əslində bütün günü məşq-dinlənmə-məşq kimi qaydada keçir. Gündə 8 saat idman edirik. Axşam evə gələndə, dərhal yatmaq istəyir.
 
Egenin ünsiyyəti necədir?
 
Ünsiyyət olaraq da, məsələn, ENKA-ya məşqə gedəndə, hər kəsə salam verər, sabahınız xeyir deyir. Orada Fəxriyə adlı məşqçi var.Gedər onunla kiçik miqyaslı bir söhbət edər. Ege bunu bizdən asılı olmadan edir. Çox uzaq məsafələrdən də olsa istəyini dilə gətirir.Ünsiyyət çətinliyimiz, hələ digərləriylə ünsiyyət sıxıntımız yoxdur. İstədiyi şeyləri dilə gətirə bilir. Keçmişdə ünsiyyət çətinliklərimiz var idi, son bir ildir ki bunlar yoxdur. Normal autizmli bunu edə bilməz. Bu inkişaf etmiş halı.
 
Egenin qardaşına qarşı davranışı necədir ?
 
Bir dənə 9 yaşında Maya adında bir bacısı var. Son bir ildir ki, araları çox yaxşıdır. Böyük bir şəfqət, sevgi ilə evə gedəndə ona sarılır. Hətta bir gün kürsüdən düşürdü Maya, Ege sürətli bir reflekslə onu tutdu. Bu autizm üçün tarixə keçəcək bir davranışdır. Sizə adi gələ bilər amma bu böyük bir nəticədir. Autizmin tərifində belə bir şey yoxdur. Autizmi xarakterizə edərkən belə deyirlər: Autizmlilər digər canlıyla cansız ayıra bilməz, yerdə yatırsansa üzərindən əşya kimi basar keçər. Onun üçün bu əhəmiyyətli bir duyğudur.
 
Son olaraq Fiziki Qüsurlular Günü nələr deyərsiniz?
 
Bütün əngəlli insanların bir gündə xatırlanması deyil, il boyu yaddan çıxmamasını arzulayıram. Xüsusilə əlil analarına ürəklərinə görə çox təşəkkür edirəm. Əlillərə baxan qadınlar mənə görə şəfqət qəhrəmanlarıdır. Onların qarşısında baş əyirəm. Mən də bir əlil anasıyam. Xahiş edirəm, uşağınızı insanların içinə çıxartmaqdan çəkinməyin. Allah belə istəyib. Nə edə bilərik ki Əlil uşaq hansı istiqamətdə istedadlıdırsa oraya göndərin. İdman, musiqi, teatr İnanın içindəki o əzmi görəcəksiniz. Uğurunu göz yaşları ilə izləyəcəksiniz Allah hamımızın köməyi olsun…
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN