Gözləri Görmür, Amma Dalğalarda Serfinq Edir

0
3043
Gözləri Görmür, Amma Dalğalarda Serfinq Edir

Derek Rabelo daha doğulmadan əvvəl atası onun yaxşı bir serfinqist olmasını xəyal edirdi. Hətta Derekin adını atası verərkən ilk Hayvay Dünya serfinq çempionunun adını verdi. Ancaq Derek Rabelo görmə əngəlli olaraq dünyaya gəlib. 17 yaşındaykən atasının xəyalını öyrəndi.

Derek, serfinqçilik hekayəsini belə danışdı: "Atamla birlikdə səhərlər okeana gedirdik. Ancaq o daha praktik metodlar öyrədən və çox təcrübə qazandıran bir serfinq kursuna göndərdi məni".
 
Derek belə davam edir; "Dalğaların hər biri fərqli bir səs çıxarır. Yəni mən dalğaların səsi ilə serfinq edirəm. Bir xəyalın varsa özünə inanmalısan. Əks təqdirdə onu edə bilməzsən. Mən hər kəsin Allah tərəfindən verilən güclü tərəflərinin olduğuna inanıram. Uğur üçün coşğu və əzmdən  istifadə etməlisiniz"
 
Derek daha doğulmadan atası o bir serfinqist olacağını xəyal edirdi.
 
Derek görmə maneəli anadan olanda atası xəyalını təxirə aldı.
 
Derek də həmişə serfinq etmək istədi. 17 yaşındaykən atasının xəyalını öyrəndi və bu xəyalı həyata keçirməyə qərar verdi.
 
"Atam məni təşviq etdi, məni dəstəklədi. Biz birlikdə səhərlər okeana getdik".
 
"Ancaq, o öyrənməyim üçün və daha çox təcrübə qazanmağım üçün məni bir serfinq kursuna göndərib. Məndə dostlarımla təcrübə qazandım"
 
"Mən okeanı eşitmək və hiss etmək istəyirəm".
 
"Çünki dalğaları eşidərək və hiss edərək serfinq edirəm".
 
"Mən daha artığını edərək görmə maneəli bir adamın nələr edə biləcəyini daha çox insana göstərmək istəyirəm"
 
"Mən ən yaxşı dalğalarda serfinq etmək üçün dünyanı gəzirəm. Məktəb və müxtəlif yerlərdə hekayəmi danışıram"
 
"Mən indi isə diyircəkli taxta və snowboard etmək istəyirəm. Bu mənim gələcəkdəki xəyalımdır"
 
"Bir xəyalın varsa özünə inanmağın lazımdır. Əks təqdirdə, bunu edə bilməzsən. Mən hər kəsin Allah tərəfindən verilən güclü tərəflərinin olduğuna inanıram. Uğur üçün coşğu və əzmdən istifadə etməlisiniz"
 
"Mən serfinq etməyi bir uşağın yeriməyi öyrənməsi kimi öyrəndim. Mən sonsuza qədər yeni şeylər öyrənməyə və etməyə davam etmək istəyirəm".
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN