Qapıları Döydülər Açan Olmadı Vaz Keçmədilər Bacardılar

0
3042
Qapıları Döydülər Açan Olmadı Vaz Keçmədilər Bacardılar

Onlara səndən bir şey olmaz demişdilər

Döydükləri qapılar bir-bir üzlərinə bağlandı, “Sən bu işi görə bilməzsən” deyildi. Ancaq məğlub olmadılar və israrla hədəflərinə getdilər. Sonunda zəfər onların oldu. Məhz “Səndən bir şey olmaz” deyilən o məşhurlar:

 
SEZEN AKSU QAPI QAPI GƏZDİ
 
“Sən bu işi görə bilməzsən” tənqidlərindən pop musiqisinin böyük sənətkarlarından olan Sezen Aksu da nəsibini aldı. Karyerasının ilk dövründə Unkapanı studiyalarının qapıları bir-bir üzünə bağlandı. Hətta Sezen Aksunun 1975-ci ildə çıxardığı ‘Haydi Şansım’ adlı albomu yalnız 50 dənə satdı. Amma Aksu, məğlub olmadı və karyerasında layiq olduğu nöqtəyə çatmağa müvəffəq oldu.
 
Müəlliminin acığına etdi
 
Mahsun Kırmızıgül hər mahnı oxuyanda ibtidai sinif müəllimi "Səsin qapı cırıltısı, qazan qazıntısı kimi…Səndən müğənni olmaz" deyirdi. Amma inadkarlıq etdi və məşhur bir müğənni oldu. Hətta sonrakı illərdə “ola bilməz” deyənlərə inad kinematoqrafçı da oldu.
 
“Müğənni ola bilməzsən”deyildi, amma…
 
Pop muğənni Zeynəb Casalininin də bu günlərə gəlməsi asan olmadı. Albom hazırlaması üçün getdiyi Hakan Pekerin “Səndən müğənni olmaz” sözləri Casalinini qorxutmadı. 10 il sonra “İlin müğənnisi” mükafatını Hakan Pekerin əlindən aldı.
 
Güvənə ‘çəpgöz’ demişlər
 
Ozan Güvən bir serialla şöhrəti qazandı və karyera pillələrini sürətlə qalxdı. Amma o da peşəyə addım atarkən “Sən aktyor ola bilməzsən” tənqidi ilə qarşılaşdı. Üstəlik də o qədər xoşuna gəlməyən bir tənqidə məruz qaldı. Gözləri çəp olduğu və bu səbəblə də konservatoriyaya qəbul olunmayan Güven, bu gün həm televiziya, həm də kinonun axtarılan sənətkarlarından biridir.
 
Aksum: Rejissor, “Səndən bir şey olmaz” dedi
 
Məşhur aktyor İlker Aksum aktyorluğa ilk könül verdiyi illərdə seçimələrə getdiyi teatr tamaşalarında mərhum rejissor Savaş Akova "Səndən bir şey olmaz" deyərək seçmədiyini söylədi. Antalya Dövlət Teatrı məzunu olan məşhur sənətkar "Antalya mənə yetərli gəlmədi. Daha çox iş görmək istəyirdim. O səbəbdən İstanbula gəldim. Beşiktaş Mədəniyyət Mərkəzinə gedərək teatr tamaşası üçün seçimlərə qatıldım. Engin Günaydın və Yetkin Şimşək də seçimlərdə idi. Rəhmətlik Savaş Akova da ordaydı. Məni izlədikdən sonra "Səndən bir şey olmaz dedi" deyə danışdı.
 
Bu sözlərdən sonra üzərində çalışıb özünü inkişaf etdirmək üçün çox çalışdığını deyən İlker Aksumun rol aldığı seriallar ard-arda xaricə transfer olundu. Xüsusilə 20 Dəqiqə serialı Yaxın Şərq və Ərəb ölkələrindən sonra İtaliya və İsveçdə də böyük bir maraqla izlənir.
 
Ərdoğan hər kəsi çaşdırdı
 
Ferhan Şensoy daxil ən az 20 aktyorun ‘Səndən aktyor olmaz’ dediyi Yılmaz Ərdoğan, hər kəsi çaşdırdı. İllərlə hər qapını döyən Ərdoğan sonda məqsədinə çatdı və Türkiyənin sayılı aktyorları və rejissorları arasına girməyi bacardı.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN