Steve Jobsun Həyatındakı Maraqlı Məqamlar

0
3298
Steve Jobsun Həyatındakı Maraqlı Məqamlar

Stiv Jobs texnologiya dahisidir. Hər dahi kimi onunda həyatında bəzi maraqlı məqamlar, rituallar, qəribəliklər var. Bu yazımızda Stiv Jobsu yaxından tanıyacaqsınız.

Bəlkə də bu anda bu xəbəri oxuduğunuz telefon, noutbuk və ya tabletin atası odur. Bəli, əlinizdə, ya da süfrənizdə Apple marka bir tablet və ya telefon varsa Stiv Jobs, sizin ünsiyyət qurmağınızı təmin edən bir ixtiraçıdır. Ölümündən sonra haqqında bir çox məlumat paylaşıldı, kitablar yazıldı. Amma hələ də həyatı haqqında bilinmiyən faktlar var. İşə marağına görə fikirləri ilə dünyanı dəyişdirən Stiv Jobs haqqında asan asan çata bilmiyəcəyiniz 19 maraqlı məlumat…
 
Jobs niyə Apple-dan çıxarıldı?
Hər kəs Stiv Jobsun 1985-ci ildə Appledan çixarıldığını bilir. Bir az da araşdıranlar isə Apple-ın sahibi Con Sculley və Stiv arasında baş verən bir sıra problemlərə görə bu hadisənin yaşadığını bilir.Amma aralarında yaşanan problemi çox insan bilmir. Jobs performansı olduqca aşağı olan Macintosh-un qiymətini salmaq istədi və reklam büdcəsinin böyük bir hissəsinin də Apple2-dən Mac-a dəyişdirilməsini təklif etdi. Amma Sculley bu təklifi rədd etdi. Aşağı satış rəqəmlərinin səbəbinin Macintosh-un qiymətinin deyil, çoxda effektiv olmayan təminatı olduğunu müdafiə etdi. Sonra araları pozuldu və beləliklə Jobs, Apple-dan cixarıldı.
 
Mavi qutu
100 Amerika Dolları qarşılığında satın alına bilən bu qutular, telefon sistemlərini sındıraraq dünya üzərindəki hər hansı bir nömrəyə zəng eləmək kimi xüsusiyyətlərə malik idi. Vozniak və Jobs, istehsal etdikləri mavi qutunu istifadə edərək apardığı ilk telefon görüşündə, Henri Kissengeri təqlid edərək Papayla danışmaq istəmişdi amma müvəffəqiyyətli ola bilmədi.
 
Eşq acısı
Stiv Jobs hippi olduğu vaxtlarında folk musiqi sənətçisi Joan Boaz ilə birlikdəydi. Amma Boaz, Jobsun ən sevdiyi musiqiçilərdən biri üçün Jobsdan ayrılıb. Bu musiqiçi Bob Dilandır.
 
Din
Hindistan səfərində dərin düşüncəyə dalmağın və həyatı daha sadə şəkildə yaşamağın yollarını öyrənən Jobsun dini Zen Buddizmdir.
 
Evlilik
Jobs, ailəsini xaricə əks etdirməyi çox sevmir.Beləliklə də evliliyi haqqında çox insan məlumat sahibi deyildir.Həftəlik dərgi sevənlər üçün; Stiv Jobs, 18 Mart 1991-ci ildə, Kaliforniyadakı Yosemite Təbii Parkında Laurene Pauell Jobs ilə evləndi. Cütlük, Stiv həyatını itirənə qədər də evli qaldı.
 
Pixar
Jobs, Pixar Animasyon Studiyalarını 1986-ci ilində Corc Lucas-dan satın aldı.
 
Gigiyena
ATARI şirkətində çalışarkən Jobs, gigiyena düşkünlüyü ucbatından iş saatlarını gecəyə salmışdı. Heç vaxt duş qəbul etməz və ofisdə ayaqyalın gəzərdi.
 
Parkinq problemi
Maşınını hər zaman əngəlli insan üçün nəzərdə tutulmuş sahəsinə parkinq edərdi.
 
Universitetdən ayrıldı!
Universitetdəykən məktəbdən ayrıldı… Kaliforniyadakı Homestead Ali Məktəbindən məzun olduqdan sonra Reed Universiteti də təhsil həyatına davam etdi. Amma burada yalnız bir müddət təhsil aldı və məktəbi buraxdı. 18 ay ərzində maraq sahəsi olan "audit classes də təhsilinə davam etdi.
 
Sensei!
Potensiallarını gördükdən sonra, Google-ın qurucuları olan Sergey Brin və Larri Pagə  müəllimlik edib.
 
Qaydasız!
Mercedes SL55 AMG markalı avtomobilini sürəndə heç vaxt nömrə istifadə etmirdi.
 
Balıqpərvər
Jobs bir peskateryan. Bu da balıq yeyir amma başqa heç bir növ əti yemir mənasına gəlir.
 
Övlad problemi
İlk uşağının atası olduğunu rədd etdi və hec bir zaman övlad sahibi ola bilmiyəcəyi istiqamətinə bir açıqlama verib. Ana, uşağı yardım təşkilatlarından aldığı dəstəklə böyütmək məcburiyyətində qaldı. Lakin daha sonra Liza adlı qızın, Jobsun qızı olduğu ortaya çıxdı.
 
Möhtəşəm qayıdış
90-cı illərin ortalarında Apple-a təkrar geri qayıdan Jobs, Apple-ın ilk kompüterlərini və maşınlarını Stanford Universitetinə bağışladı. Bunun səbəbi isə yeni kompüterlərə yer açmaq. Bundan başqa, keçmişi silmək və şirkəti "problemli vəziyyətdən çixartmaq , gələcəyə baxmaq kimi səbəblərdən irəli gəlirdi.
 
Yalançı
Jobs, Vozniaka yalan deyib ATARI firması üçün "Breakoutu istehsal etdiklərində, layihədən%50 pay alacaqlarına dair razılaşıblar. ATARI Jobsa 5000$ vermiş lakin Jobs Vozniaka "700$ verdilər dedi ki, bu da Vozniakın 350$ almağı mənasına gəlirdi.
 
1 Dollarlıq adam!
1997-ci ilə qədər 1$ maaş alan Jobs, həmin il Apple-ın ən üst səviyyəsindəki rəhbər oldu. 2007-ci ildə maaşı haqqında etdiyi, 50 Centini bir il ərzində etdiyim çalışmalar nəticəsində, digər 50 Centini də çıxışım sayəsində qazanıram şəkildəki açıqlaması ilə vəziyyəti bir xeyli  yüksətdiyini göstərmişdi.
 
Abdulfattah Jandali?
Stiv Jobs,əslində bioloji olaraq Suriyalı bir Müsəlman. O, oğulluğa götürülmüş və bioloji atasının adı Abdulfattah Jandali. Bioloji anası isə bir Amerikalı olan Joanne Carole Schieble. Atası, anası evlənməyi rədd edincə Stiv övlad olaraq bir başqa ailəyə verilib.
 
Son sözü
 
Mədəaltı vəzi xərçəngiylə uzun bir müddət mübarizə aparan Stiv Jobsun son sözləri, "Oh vov, oh vov, oh vov oldu.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN