Kompüter Oyunlarındakı Böyük Təhlükə...

0
2077
Kompüter Oyunlarındakı Böyük Təhlükə...

Konyada 14 yaşında bir uşaq öz otağında kompüterdə oyun oynayarkən ürək tutmasından vəfat etdi. Bu hadisə ilə yenidən “ kompüter oyunları zərərlimi? ” sualına cavab axtarılmağa başlandı.

Psixoloq Serap Duygulu, məsələ ilə bağlı məlumat verdi və ailələrə xəbərdarlıq etdi: bu ölüm kompüter oyunlarının nə dərəcədə təhlükəli olduğunu göz önünə qoyur. Hadisənin ardından həkimlər uzun müddət kompüter başında oturmanın və oyun oynamağın xüsusilə kiçik uşaqlar üçün çox ciddi zərərləri olduğunu ifadə etdilər, amma ailələr təəssüf ki, vəziyyətin nə qədər mühüm olduğunun fərqində deyillər. Hətta bu vasitə ilə uşaqlarına yemək yedirdən valideynlər, bu texnoloji alətləri bir oyuncaq olaraq görməkdən ya da uşaqlarının baxıcısıymış kimi davranmaqdan yorulmurlar. Xüsusilə çox insan olan yerlərdə, alış – veriş mərkəzində ətrafınıza baxarkən uşaqların əlinə mobil telefon və ya tablet verərək başını qatan valideynləri, eyni zamanda gözünü belə qırpmadan hipnoz olmuş kimi telefondakı görüntülərə qapılmış uşaqları da görə bilərsinizUşaqlar saatlarla ekran başındaykən sosial həyatdan qoparaq çevrələrindəki hər şeydən və hər kəsdən uzaqlaşırlar. Valideynlər isə onun zərərlərini sadəcə olaraq akademik göstəricilərin aşağı olması yönündən nəzərə alır. Vəziyyətin görünən tərəfindən başqa bir də görünməyən tərəfi var ki, o daha da təhlükəli hal almağa başlayır. Uşaqların ən hərəkətli, ən enerjili olduqları dövrdə kompüter qarşısında bu qədər hərəkətsiz və passiv olmaları, enerjilərini boşaltmamaları, ətrafa qarşı daha aqressiv olmalarına yol açır. Üstəlik şiddət aşılayan oyunlar xüsusilə uşağın psixikasının inkişafına mənfi təsir edir. Bu səbəbdəndir ki, ətrafda üzərində kəsici alət daşımağı və ya vurub qırmağı yaxşı bir şey zənn edən uşaqlar görürük. Bu zərərli oyunların təhriki ilə uşaq cinayətlərinin sayında ciddi artım diqqət çəkir.

Kompüterin zərərli tərəflərindən biri hələ inkişafını tamamlamamış  uşaqların beyinlərində yol açdığı problemlərdir. Ekranların yaydığı şüalar epilepsiya tutmalarına səbəb olur!  Bu səbəbdən çox ciddi müalicə alan uşaqlar var. Bu qədər alüdəçilik normal deyil təbii ki, ona görə də buna yol açan problemlər dəyərləndirilməlidir. Şəxslər əgər sağlam ailə mühiti tapa bilməzlərsə, önəmsənmədiklərini və ya özlərini ifadə edə bilmədiklərini düşünürlərsə, asılı şəxsiyyət tipinə malikdirlərsə belə alüdəçiliklər meydana çıxır. Həyatlarındakı bu boşluğu hansısa yolla doldurmağa çalışırlar və bu da istədikləri kimi yönləndirə biləcəkləri kompüter oyunları sayəsində mümkün olur.

Əslində uşaqları kompüterdən uzaq tutmağın bəzi yolları var: Qrup olaraq məşğul ola biləcəyi idman növünə yönləndirmək həm onun sosiallaşması, həm də yeni bir fəaliyyətinin olması baxımından faydalı ola bilər. Ilk olaraq ailədə birlik olmalıdır. Birlikdə olarkən gözlər ekranda yox ailə üzvlərinə yönəlmiş olmalıdır. Uşaqlarımıza və bir – birimizə zaman ayırmağımız çox önəmlidir. Övladlarımıza münasib dillə belə texnoloji alətlərin zərərli tərəflərini izah etməliyik. Uşağa bacardıqca diqqət, qayğı, sevgi və mehriban münasibət göstərmək lazımdır ki, kompüter və tabletlə yox daha çox sizinlə olsun. Bundan başqa uşaqları ekran başından qaldırın. Biz fərqində olmasaq belə problem getdikcə böyüyür. Övladlarımızı ekranlar qarşısında itiririk... Onlar həyətdə oynamalı, dostları ilə görüşməli, cəmiyyət  içində olmalıdırlar. Uzun müddət kompüter oynamaq uşaqlarda fizioloji, sosioloji, həm də psixoloji cəhətdən problemlər yaradır. Ilk olaraq daha çox özlərinə qapanırlar və sosial əlaqələr zəifləyir, oyunları real qəbul edib, sanki həmin aləmdə yaşayırlar, bir növ mövcud həyatdan qopurlar, özlərini bu yolla realizə etməyə çalışırlar. Həmçinin bu uşaqlar dostları ilə bir araya gələ bildikdə belə danışa bildikləri tək mövzu həmin oyunlar olur. Eləcə də, oyunlarda monoton və ya çox sürətli görüntülər var və uşaqlar şiddətə yönəlik yıxıcı, yox edici, cinsəllik yönümlü səhnələr izləyə bilirlər. Bütün bunlar fizioloji reaksiyaların, xüsusilə ürək ritminin bir anlıq dəyişməsi deməkdir. Bir anda həyəcanlanan bir bədən, kiçik uşaqların ürək sağlamlığı baxımından olduqca zərərlidir.  Uşaqların gördüklərindən nümunə götürdüklərini və öyrəndiklərini təqlid etdiklərini unutmayaq... 

Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN