Körpələr 3 yaşınadək ...

0
1820
Körpələr 3 yaşınadək ...

 Körpələr anaları ilə yatarkən daha çox xoşbəxt və daha rahat olur. Ana qucağında, ana qollarında yatmaq onlar üçün dünyalara bədəldir. Körpə ikən başlayan bu adət daha sonralar da davam edər. Amma Keyptaun Universitetinin professor Nils Berqman bildirib ki, uşaq üç yaşınadək valideyni ilə yatmalıdır. Professorun apardığı müşahidələr nəticəsində anasının sinəsində yatan körpələrin daha çox və rahat yatdığı məlum olub. Anasının yanında yatan körpələrin ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.


Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün əhəmiyyətlidir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.

Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ananın sinəsində yatmaq məcburi hal olmalıdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.

Alimin üzərində təcrübəsini sınaqdan keçirdiyi çarpayıda yatan 16 uşaqdan yalnız 6-sında sakit yuxu qeydə alınıb və həmin yuxunun keyfiyyəti anası ilə birgə yatan uşaqlardakından xeyli aşağı olub.

ŞƏRH YAZIN