Körpəni ağladan səbəblər ...

0
1584
Körpəni ağladan səbəblər ...

 Körpəniz ağlayırsa, demək ki, bir səbəbi var. Bu səbəb də çox gümün ki, körpədə yaranan köpdür. 


Köp əslində böyük problem hesab olunmur. Həkimlərin fikirinə görə, 13 həftəyə körpələr rahatlaşırlar. 

Ümumiyyətlə süd hər zaman köp yaradır. Körpə südü əmdikdən sonra onu, dik tutub yavaşca kürəyi üstə qoymaq lazımdır. Gəyirdikdən sonra isə yerinə qoyun. Həmçinin südlə dolu şüşəni əmdikdə körpənin mədəsinə hava dola bilər və narahatçılıq yarada bilər.

Ana yediyi qidalara da diqqət etməlidir. Paxlalı bitkilərdən (noxud,mərci, lobya və.s) kələmdən, yaşıl kələmdən və inək südünə qarşı alergiya varsa, süd və süd məhsullarından uzaq durmalıdır.

Ümumiyyətlə körpədə alerqik əlamətlər varsa, ana çay, qəhvə, şokolad, bal, qoz məhsullarından da uzaq dursa, yaxşı olar.

KÖRPƏ KÖPMƏDƏN AĞLAYIRSA:

1. Körpə ədyala sarınıb qucağa götürülməlidir
 
2. Uzadıb ayaqlarını dala-qabağa oynadın
 
3. Razyana, şüyüd çayları içirin
 
4. Kalyaskada gəzdirin
 
5. Qarnına və kürəyinə isti dəsmal qoyun, soyuduqda dəyişin.
 
6. Qarnını nanə cövhəri ya alma yağı ilə ovuşdurun
 
7. Çimizdirin
 
8. Əmzik verin.

ŞƏRH YAZIN