Uşaqlara Bilmədən Öyrətdiyimiz Səhvlər...

0
1019
Uşaqlara Bilmədən Öyrətdiyimiz Səhvlər...

Bəzən valideynlər uşaqların şüuraltına istəmədən də olsa mənfi xarakterli informasiyalar yükləyirlər. The Journey ilə Şüuraltı Səyahət mütəxəssisi Selda Soytürk, ata – anaların diqqət yetirməli olduğu məqamları izah etdi. Cəmiyyətdəki ən önəmli məqsədimiz həm psixi həm də fiziki cəhətdən sağlam şəxslər yetişdirməkdir. Amma təəssüf ki, valideyn olaraq uşaqlarımızı yetişdirərkən çox zaman fərqində belə olmadan onların şüuraltına elə yanlış məlumatlar yükləyirik ki, onun həyatını öz əllərimizlə alt üst edirik. Əslində valideynləri bu mövzuda birbaşa günahlandırmamaq lazımdır. Çünki, bir çox şəxs şüuraltının necə işlədiyini bilmir. Bilmədikləri üçün də uşaq yetişdirərkən nələrə diqqət etmələri mövzusunda  lazımi həssaslığı göstərə bilmirlər. Yaşantımızın 13% - ni üst beyin hüceyrələri, 87% - ni də alt beyin hüceyrələri yəni, şüuraltı idarə edir. 0-6 yaş dövrlərində uşağın üst beyin hüceyrələri hələ formalaşmamışdır. Dolayısı ilə 6 il ərzində edilən bütün davranışlar və qurulan cümlələr uşaqların şüuraltına eynilə kodlanır və bunlar bütün həyatlarını şəkilləndirir. Bu səbəbdən də bu dövrdə valideynlər olduqca həssas olmalıdırlar. 

Uşaqlara bilmədən öyrədilən yanlışlar nələrdir? 
 
Bir çoxumuzun beynində həyatımızla bağlı formalaşmış, düzgün olmayan və mənfi  düşüncələr vardır. Məsələn, çox pulda haram var, övladın varsa, deməli dərdin var, bütün kişilər/qadınlar eynidir kimi tez – tez istifadə olunan cümlələr uşaqların da hafizəsinə eynilə yerləşər və onlar öz həyatlarını  fərqində olmadan bu düşüncələr üzərində qurarlar. Gündəlik həyatımızda istifadə etdiyimiz bəzi atalar sözləri də təəssüf kimi neqativ yönümlü təsir göstərər. 
• Pul əl çirkidir – pul gələr və gedər, xeyrini görməzsən.
• Meyvə verən ağac daşlanar – bacarıqlı və uğurlu olsam insanlar məndən uzaqlaşar və heç kim məni sevməz.
• Xətir üçün çiy toyuq yeyərlər – istəməsəm də edim, yoxsa insanlar məni kənarlaşdırarlar, qayğı problemi formalaşar.
• Körpünü keçənə qədər ayıya dayı de – maska taxmaq bəzən yaxşı bir şeydir, rol oynayım. 
 
Bu örnəklərlə böyüyən uşaq həyatına bu inanclarla bağlı mənfi hadisələri özünü çəkməyə başlar. Son nəticə olaraq  həyatından kifayət qədər zövq almayan şəxslər  yetişər.
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN