Uşaqlarda Diqqət Əksikliyi

0
5677
Uşaqlarda Diqqət Əksikliyi

Uşağın diqqətinin onu  iradəsi olmadan yayındığını bildirən Psixoloq Çisem Doğanlaroğlu, uşaqlarda diqqət əksikliyindən danışdı... Son illərin məşhur diaqnozu: diqqət əksikliyi və hiperaktivlik. Valideynlərdən , hələ heç bir mütəxəssisin diaqnozu yoxkən tez – tez “mənim uşağımda diqqət əksikliyi var” deyirlər. Hansı ki, valideynlər televiziyadakı uyğunsuz reklamlardan, yaxın qonşusundan və s. yerlərdən əldə etdikləri məlumatlara əsaslanırlar və mütəxəssisin yanına getmədən övladlarının şişirtdikləri davranışlarına qarşı yanlış dərmanlardan istifadə edirlər. Bu davranışlara düzgün qidalanmayan, nağılsız, oyunsuz sadəcə kompüter və tabletlərlə böyüdülən, başqa uşaqlarla müqayisə edilən, verbal və fiziki şiddətə məruz qalanlar, göz təması olmadan münasibət qurulan hər tərəfdən hərəkətləri məhdudlaşdırılan uşaqlarda problem davranışın olması qaçılmazdır. Buna görə də uşaq diqqətini öz iradəsi olmadan dağınıq tutar, bu, problemə qarşı müdafiə mexanizmidir. Mənası:  artıq yox sayıldığım dünyadan özümü uzaq tutaram, marağım yoxdur, zövq almaram, həmişə ürəyim sıxılar, heç nə məni sevindirməz, dərslər isə maraq dairəmdə deyildir. 

Uşaqlardakı diqqət əksikliyi valideynləri narahat edir və onlar çox zaman bunun öhtəsindən gəlmək üçün bəzi işlər görürlər. Bu problemi həll etmək üçün evdə də edilə biləcək bəzi yollar var, lakin böyük məsuliyyət tələb edir. Diqqəti inkişaf etdirmək üçün aşağıdakılara əməl edin:
1. Övladınızla bir çalışma proqramı yaradın – sistemlilik olmasa həm yetişkinlərin həm də uşaqların diqqəti dağılar, nəyi nə zaman etməyin vaxtını düzgün müəyyənləşdirə bilməzlər. Nəticə olaraq tapşırıqlarını nə zaman bitirməli olduqları, nə qədər vaxtları qaldıqlarına və az iş gördüklərinə görə narahatlıq keçirərlər. Əgər siz uşağınıza bir çalışma proqramı hazırlasaz və çox dəqiqliklə ona əməl olunsa hər işə vaxt ayırmaq və müvəffəqiyyət əldə etmək olar.
2. Hər hansı fəaliyyətlər üçün müəyyən məkanlar ayırın – ev tapşırıqları, əl işləri, kitab oxuma, musiqi ilə məşğul olma, TV izləmək üçün xüsusi müəyyənləşdirilən yerlər uşağınızın diqqətini həmin an o işə yönəlməsini təmin edəcəkdir. TV otağında dərs oxuması və ya oyun otağında dərs oxuması onun diqqətini dağıdacaqdır. 
3. Saata baxın – uşağınız nə ilə məşğul olursa olsun həmin fəaliyyət üçün zaman məhdudiyyyəti qoyun.  Proqramı hazırlarkən hər hansı iş üçün nə qədər zaman lazım olduğunu müəyyənləşdirin və bu zamana sadiq qalın. Ev tapşırıqları, piano çalması, oyun oynaması üçün zaman ayırmanız uşağın fəaliyyətini sistemə salacaqdır. Uşaq məşğuliyyətini erkən bitirsə belə onu bir az daha davam etməsinə təhrik edin ki, zaman boşa xərclənməsin və proqrama sadiq qalmağı öyrənsin. 
4. Uşağınızla birgə onun hədəflərini müəyyənləşdirin – övladınız diqqətini genişlətməyə çalışarkən özünün də faydalı bir işlə məşğul olduğunu bilməlidir. Bu halda hədəfə çatarkən hər ikiniz özünüzü əla hiss edəcəksiniz və övladınızın növbəti dəfə üçün daha həvəsli və motivasiyalı olduğunu görəcəksiniz. 
5. Uşağınızın yemək alışqanlığını müəyyən işə başlamadan əvvəl dəyişdirin – gec həzm olunan, ağır yeməklər yeməsinə izin verməyin. Bu enerjisini artırmaq yerinə azaldacaq və özünü yorğun, əzgin hiss etməsinə səbəb olacaqdır.  Bunun əvəzinə uşağa faydalı, sağlam qidalar hazırlayın ki, diqqətin inkişafına kömək etsin. 
6. Həyatınızdakı qarışıqlıqları yox edin və həyatınızı yenidən təşkil edin – evin səliqəli olması, ev işlərinin vaxtında bitirilməsi öyrənməyə yönəlik atmosfer yaradacaqdır. Evdə hər şey qarışıq olanda stress atrar və əsas işə diqqət verməkdə çəyinlik yaranar. 
7. Müvəffəqiyyəti qiymətləndirin, nə qədər kiçik olursa olsun - ən kiçik uğur üçün övladınıza verdiyiniz dəstək onu motivə edəcək, daha böyük əzmlə çalışmasına, təkcə sizi deyil özünü də məmnun etmə istəyi yaradacaqdır.
  
 
 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA  
 

ŞƏRH YAZIN