Uşaqlardan Valideynlərə Tövsiyələr...

0
1738
Uşaqlardan Valideynlərə Tövsiyələr...

 Hər zaman valideyn olaraq mı məsləhət verəcəyik uşaqlara? Psixoloq Murat Karanfil uşaqların dili ilə valideynlərə qısaca nəsihətlər verdi:

1.   Bizimlə zamanı paylaşın, hansıki bu sadəcə bizə məxsus vaxtlar olsun. 
2.   Birlikdə maşın yuyaq.
3.   Bağçanı biryerdə sulayaq.
4.   Gəzintiyə çıxaq.
5.   Yemək hazırlayaq.
6.   Xəyal gücümüzün inkişafına kömək edin. Məsələn, hekayə danışın bizə, bu hekayə ilə bağlı suallar verin. "Sən olsan nə edərdin?  Belə vəziyyətdə özünü necə hiss edərdin?"  kimi...
7.   Məsuliyyət ala bilməyimizə imkan yaradın.
8.   Otağımızı dağıtmağımıza və yığışdırmağımıza fürsət verin.
9.   Duyğusal tərəflərimizə mütləq önəm verin.
10. Bizi dinləyin.
11. Hekayə yazaq birlikdə, baş qəhramanlarını özümüz seçək.
12. Bizi heç kimlə müqayisə etməyin.
13. Bizi sevdiyinizi sözlərinizlə və davranışınızla ifadə edin. 
14. Özünüz eləmək istəmədiyiniz şeylərə bizi məcbur etməyin.
15. Bizi başa düşün.
16. Ev tapşırıqlarımızı nə zaman edəcəyimizə birlikdə qərar verək.
17. Həmişə yanımızda olun, bizə diqqət yetirin. 
18. Uşaqlığımızı doya – doya yaşamağımıza mane olmayın. 
19. Bizi qoruyun, özümüzü güvəndə hiss etməyimizə yardımçı olun. 
20. Mükəmməl olmağımızı gözləməyin, çünki əslində heç birimiz mükəmməl deyilik.
  
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN