Zibil Maşını Qanunu

0
8044
Zibil Maşını Qanunu

Qadın taksiyə minib hava limanına getmək istədiyini söyləmişdi. Taksi sağ zolaqlı yol alarkən qara bir avtomobil park etdiyi yerdən birdən yola, qarşılarına çıxdı.
Sürücü toqquşmamaq üçün sərt şəkildə əyləcə basdı. Taksilə avtomobil az məsafə fərqi ilə toqquşmaqdan xilas oldu. Qara avtomobilin sürücüsü şüşədən başını çıxarıb qışqırmağa və söyməyə başladı.
Taksi sürücüsü isə çox sakit halda ona gülümsədi və əl yellədi.
Qadın bütün bu olanların şokunu yaşayarkən, taksi sürücüsünün rəftarına daha da təəccübləndi.
Qadın soruşdu:
"Niyə belə davrandınız? Adam az qala avtomobili məhv edib ikimizi də xəstəxanalıq edəcəkdi."
Taksi sürücüsü gülümsəməyə davam edərək:
"Zibil Maşını Qanunu" dedi.
Qadın:
"Zibil Maşını Qanunu?" deyə soruşdu, çünki başa düşməmişdi.
Şofer açıqladı:
"Bir çox insan, zibil maşını kimidir.
Hər tərəfdə daxillərində zibil dolu olaraq gəzirlər; qəzəb, hirs və xəyal qırıqlığını yığıb saxlayırlar. Ancaq dolduqca zibilləri boşaldacaq bir yerə ehtiyac duyurlar. Bu bəzən mən, bəzən də siz ola bilərsiniz. Şəxsi anlayın. Yalnız gülümsəyin, onlar üçün yaxşı şeylər arzu edin və yolunuza davam edin. Onların çöpünü götürüb iş yerinizə, evinizə və ya küçədəki digər insanlara dağıtmayın. "
Uğurlu insanlar, zibil yığınlarının günlərini məhv etməsinə və zibillərin onları ələ keçirtməsinə icazə verməzlər.
Həyat səhərlər peşmanlıqla oyanmaq üçün çox qısa, bu səbəbdən "sizə yaxşı davranan insanları sevin, yaxşı davranmayanlar üçün yaxşılıq arzu edin."
Həyat, “10%" onunla nə etdiyiniz, "90%" onu necə qarşıladığınızdır...
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN