Xidmət sektoru internetdə pul qazandırır

0
1815
Xidmət sektoru internetdə pul qazandırır

İnternetdən pul qazandırmağa yarıyan bir çox ideya mövcuddur. Bu ideyalardan biri olan xidmət sektoru, son illərdə yaxşı pul qazandırmağa başlamışdır. Online xidmət göstərən və vasitəçilik edən saytların sayı artdıqca bu iş modelinə qoyulan investisiyalar da artmağa başladı.

İlk vaxtlar, təmizlik sektorundakı təlabatdan yola çıxan təşəbbüskarlar, yaxın vaxtlarda təmir, evdə təmir və avtomobil təmiri sektoru da daxil olmaqla bir çox fərqli sahədə iş ideyalarını həyata keçirmişdirlər. Bu tərz saytların əsas məqsədi, xidmət təklif edən şəxslərlə xidmət almaq istəyən şəxslər arasında vasitəçilik etmək və komissiya haqqı müqabilində pul qazanmaqdır. İşlər artdıqca, düzgün istiqamətləndirilmiş iş modelində ən mühüm məsələ, göstərilən xidmətin keyfiyyətidir. Xidmət göstərilən saytda, xidmətin qiymətləndirilməsi və şərhlər bölümünün olması, müştərilərin daha keyfiyyətli xidmət almasını və daha çox xidmət sifariş verməsini təmin edir.
 
Məsələn, Armut.com təmizlik sektorunda xidmət göstərən saytlardan biridir. Sadəcə 2016 ildə 800.000 sifariş alan bu sayt, aylıq 1.4 milyon internet baxışı ilə (Web similar’a görə) sektorun lideridir. Ölkə xaricində də fəaliyyət  planları olan saytda təmizlik, təmir-bərpa, mebel, nəqliyyat, təmir və tikinti kimi bir çox fərqli kateqoriya vardır. 90.000 nəfərin xidmət təklif etdiyi saytda, ən əsas kriteriyalardan biri də müştəri şərhləridir.
 
Xidmət sektorunda investisiya cəlb etmək isə digər iş modellərinə görə daha asandır. Məsələn, Türkiyədə, Evdekibakicim.com, Mobilotoservis.com, Temizlikyolda.com və Mutlubiev.com kimi xidmət saytları ən çox investisiya qoyulan saytlardandır.
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN