Peşə Seçimi Haqqında

0
4364
Peşə Seçimi Haqqında

Bu məqalə daha çox aşağıdakı insanlara faydalı olacaq :
-Gələcək peşəsini seçən məktəblilər üçün
-Uşaqları böyüyən valideynlər üçün
-İndiki zamanda öz peşələrindən razı qalmayan böyüklər üçün.
Bəzən elə olur ki,problemlər və çətinliklər düzgün və ya səhv peşə seçimində deyil,başqa psixoloji amillə bağlı olur.Amma əminəm ki, bu məqaləni oxuduqdan sonra sizdə yeni suallar yaranacaq.Siz fikirkəşirsiniz ki,peşə seçimi barədə hər şeyi bilirsiniz?Sizin diqqətinizə peşə seçimi barədə 10 əfsanəni çatdırmaq istəyirəm:
1.Peşə seçimi çox sadədir.
Sənət seçmək çətin prosesdir.Onun üçün gərək vaxt ayırasan. Karyeranın planlaşdrılması çox addımlı bir prosesdir.Onun tərkibinə özünün və fəaliyyət növünün  kifayət qədər öyrənilməsi daxildir.Bu da sizin əsaslı qərar vermənizə kömək edəcək.
2.Peşə seçimində məsləhətçi hansı peşəni seçməyimi söyləyəcək?
Peşə seçimində heç bir məsləhətçi hansı peşənin yaxşı olduğunu sizə deyə bilməz.O,yalnız sizə bu barədə köməklik edə bilər ki,siz düzgün qərar verə biləsiniz.
3.Mən öz hobbimlə heç nə əldə edə bilmərəm.
Bunu kim deyir?Peşə seçimində siz boş vaxtlarınızda məşğul olmağı sevdiyiniz sahə üzrə seçim edə bilərsiz.Belə ki insanlar öz hobbiləri ilə bağlı işlərdə daha peşəkar olurlar.
4.Mən öz seçimimi “ən yaxşı peşələr ” siyahısından edəcəyəm.
Hər il ən çox tələb olunan peşələrin siyahısı dərc olunur.Sizə bu siyahıya baxmağa heç kim mane olmur.Ola bilsin ki,siz burada sizi cəlb edən peşəni görəcəksiniz.Lakin seçim edərkən siz yalnız bu siyahını əlinizdə əsas kimi tutmayın.Ola bilər ki,bu gün tələbat çox olan peşəyə bir neçə ildən sonra çox ehtiyac olmayacaq.Bununla belə,peşə seçərkən siz öz maraqlarınızı,bacarığınızı nəzərə almalısınız.   Hər hansı bir fəaliyyət növünün yaxşı prespektivli olması o demək deyil ki,həmin növ sizə uyğundur.
5.Böyük pullar mənə xoşbəxtlik gətirəcək.
Baxmayaraq ki, yaxşı əmək haqqının olması vacibdir, amma bu,o demək deyil ki, peşə seçimində bu sizin üçün yeganə faktor olmalıdır.
6.Mən peşəmi seçəndən sonra səylə çalışacam və  həmişə o sahədə işləyəcəm.
Bu belə deyil. Əgər  siz hər hansı bir səbəbə görə seçdiyiniz peşədən razı qalmamısınızsa, onu dəyişə bilərsiniz.
7.Əgər mən peşəmi dəyişsəm, onda mənim bütün təcrübəm boşa gedəcək.
Sizinz təcrübəniz həmişə sizdə qalacaq.Siz onu bir işdə qazanıb başqa bir  işə tətbiq edə bilərsiniz.
8.Əgər mənim yaxınlarımdan biri hər hansı peşədə xoşbəxtdirsə, onda mən də belə olacam.
Bütün insanlar müxtəlifdir.Bir peşənin bir insan üçün yaxşı olması o demək deyil ki,bu sizin üçün də keçərlidir.Əgər sizin yaxşı tanıdığınız birisi sizi maraqlandıran sahədə işləyirsə,onu dərindən öyrənin.Lakin yadınızda saxlayın ki,bu sizin üçün əlverişli variant olmaya da bilər.
9.Mənim işim yalnız fəaliyyət dairəsini seçməkdir,qalan işlər özü qaydaya düşəcək.
Peşə seçmək möhtəşəm bir başlanğıcdır.Amma çox işlər var ki,onu seçimdən sonra etmək lazımdır.Karyeranın inkişaf planı yol xəritəsinə bənzəyir.O,peşə seçimi anından başlayaraq sizi arzuladığınız sahə üzrə işləməyə və uğurlu karyeraya çatmağa qədər aparır.
10.Hər hansı bir fəaliyyət sahəsini öyrənmək o sahədə işləmədən mümkün deyil. Baxmayaraq ki,şəxsi təcrübəni heç nə əvəz etmir,hər hansı bir sahəni öyrənmək üçün başqa təhqiqat üsulları da mövcuddur.Siz bu haqda yazılı nəşrlərdən və ya online mənbələrdən öyrənə bilərsiz.Siz,həmçinin həmin sahədə işləyən insanlarla görüşüb söhbət də edə bilərsiz.

 

Korrektə etd:Günel İbadova

ŞƏRH YAZIN