Liderləri uğurlu edən 9 ifadə

0
2559
Liderləri uğurlu edən 9 ifadə

 Uğurlu bir liderin sirri nədədir? Onu uğurlu edən metodlar nələrdir? Gəlin, birlikdə öyrənək.


Müvəffəqiyyətli liderlərin hər gün söylədiyi 9 ifadə

İstifadə olunan sözlər münasibətlərdəki ən təsirli vasitələrdən biridir. Çünki bu sözlər sizin fikirlərinizə, dəyərlərinizə və qabiliyyətlərinizə açılan bir pəncərədir. İstər böyük bir təşkilatı idarə edin, istər insanları müəyyən bir nəticəyə istiqamətləndirməyə çalışın. Düzgün bir şəkildə liderlik edə bilməniz üçün diqqət yetirməniz lazım olan şeylər vardır.

Siyahıda yazılı olan ifadələri gündə ən azı bir adama söyləyin və nəticələrini heyrətlə izləyin.

1. Vəziyyət belədir.

İnsanlar nə olub bitdiyini öyrənmək istəyirlər. Qəribədir ki, bu insanlar bir şəkildə vəziyyəti anlayarlar və ya daha pisi bu boşluqları fərziyyələrlə doldurmağa çalışırlar. Əhəmiyyətli şeyləri gizli tutursunuzsa, qrupunuz adına anlayışdan çox uzaqdasınızsa və onların əhvalını pozursunuzsa, bu onları olduqca dəyərsiz hiss etdirəcək. Onları hər şeydən xəbərdar etmək qulağa qəribə mi gəlir? Walmartın qurucusu Sam Walton illərcə belə etmişdir və bu olduqca faydalı olmuşdur.

2. Planımız budur.

Bir liderin liderlik etməsi lazımdır. İnsanlar möhtəşəm təkliflərlə gələ bilərlər, xüsusilə siz siyahıdakı hər şeyi söyləyərkən və edərkən. Lakin burada məntiqli qərarlar vermək və bu qərarların arxasında dayana bilmək olduqca əhəmiyyətlidir. Digər bir əhəmiyyətli nöqtə isə, planlarınızla zidd olan şeylərə "xeyr" deyə bilməkdir, bunu unutmayın.

3. Nəyə ehtiyacımız var?

Bu iki baxımdan çox əhəmiyyətlidir. Birincisi insanlar özlərinin fərdi və professional səviyyələrinə və müvəffəqiyyət vəziyyətlərinə əhəmiyyət verib vermədiyinizi öyrənmək istəyirlər. İkincisi, əgər böyük bir plan üzərində işləyirsinizsə, insanların bacarıqlarını ola biləcək ən yaxşı ölçüdə gücləndirməniz lazımdır. İnsanlar çox böyük səy göstərmədiklərində bunun səbəbini bilmək istəyərsiniz.

4. Daha Ətraflı Məlumat Verin

Buraxın insanlar sizin özünüzü dinləməkdən çox onların tapdığı cavablara daha bağlı olduğunuzu bilsinlər. Üstü bağlı və ya açıq; bir şəkildə onları fikirlərini bölüşməyə dəvət edin. Səssiz qalmaq, digərlərinin fikir və görüşlərinə açıq olduğunuzu göstərmənin ən təsirli yollarından biridir.

5. Dəyərlərimizi unutmayın

İnsanların təqdim etdiyi və təşkilatçılığınıza təsir edə biləcək hər qərara hakim ola bilməniz əlbəttə çox mümkün deyil. Bunun yerinə, onlara bir qərara gələrkən irəlidə bütün qrupun qürur duya biləcəyi dəyərləri unutmamaları lazım olduğunu xatırladın. Bu dəyərlərin şərtlərini xatırladarkən də əlbəttə ortaq dəyərlərinizlə bağlı bəzi nöqtələri dilə gətirə bilərsiniz.

6. Sizə güvənirəm

Əgər insanlara güvənməzsinizsə, onlar sizin komandanız olmaqdan çıxar, tam fərqli bir şeyə çevrilər. Onların birliyinə, mühakimələrinə, özlərinə olan etibarlarına və ehtiraslarına güvənməniz lazımdır. Və ən əhəmiyyətlisi də, onlara nə qədər bağlı olduğunuzu hər zaman hiss etdirməlisiniz.

7. Mənə güvənə bilərsiniz

Bu, bir əvvəlki maddəylə olduqca əlaqəlidir. Çünki insanlar sizə güvənməzsə, onlar üçün etdiyiniz liderliyin qürurunu yaşaya bilməzsiniz. Əgər onların arxasında olduğunuzu demisinizsə, verdiyiniz sözləri yerinə yetirmək üçün əlinizdən gələni etməlisiniz.

8. Daha Yaxşısını edə bilərik

Lider olmanın ən əhəmiyyətli və çətin tərəflərindən biri isə, komandanızdakı insanları müəyyən standartlara çatmaları üçün irəlilətməkdir. Yəni komandanızdakı insanlar uğur qazandıqda təbrik etməli amma uğursuz olduqlarında da çox üstlərinə getməməlisiniz. Çünki bu, sizin də qarşınıza qoyulan hədəflərə çata bilmədiyiniz mənasını verər.

9. Gəlin qeyd edək!

Mükəmməl bir işin mükafatı olaraq əsla daha çox işin olduğu bir fikir yaratmayın. Həm böyük, həm də kiçik qazanclarınız üçün praktik təbrik formaları yaradın. Bu böyük bir şənlik və ya insanları toplayaraq uğur qazandıqları üçün təbrik etmək kimi kiçik ama sevindirici addımlar da ola bilər. 

ŞƏRH YAZIN