Dilimizdəki İlkin Hökmlərə Diqqət!

0
2071
Dilimizdəki İlkin Hökmlərə Diqqət!

Ünsiyyətdə dilin rolu böyükdür. Xüsusilə, effektiv bir ünsiyyət üçün dili yaxşı istifadə etmək lazımdır. NLP sizə bu mövzuda da kömək edir. Bir az diqqət və doğru tətbiqlə insanlara özünüzü daha yaxşı ifadə edə bilər və hədəflərinizi daha asan əldə edə bilərsiniz.

Fərziyyənin olduğu yerdə ilkin hökmlər vardır. Bunların bəziləri açıq-aşkar ortada deyil və istifadə etdiyimiz dilin ardında yatır. Əslində, ilkin hökmlər danışan insanın heç istəmədiyi şəkildə dinləyici üzərində təsiri ola bilər. Diqqət edilməsi lazım olan sözlər bunlardır: "əgər", "yoxlamaq" və "amma".
 
Əgər
"Əgər" sözünün istifadə edilməsi önünüzdə variantlar olduğuna işarə edər. Bu səbəblə, ancaq bir insana variant təqdim edərkən istifadə etməlisiniz.

Nümunə 1: "Əgər saat 16:00 üçün bir yığıncaq təşkil edə bilsəniz..."
Mümkün nəticə: "Toplantı yoxdur. Təşkil edə bilmədim."
 
Yoxlamaq
"Yoxlamaq" ifadəsinin istifadə edilməsi müvəffəqiyyətsizliyə işarə edər. Bu səbəbdən, ancaq müvəffəqiyyətsiz bir insanın müvəffəqiyyət şansını artırmaq üçün istifadə istifadə etməlisiniz...

Nümunə 2: "Yoxla və cümə gününə qədər bitir."
Mümkün nəticə: "Bəli, yoxladım amma zamanında bitirə bilmədim."

NLP insan psixologiyasından istifadə edərək effektiv ünsiyyətin prinsiplərini yaradır. Bunu edərkən dili doğru istifadə etməyin əhəmiyyətini vurğulayır.
 
Amma
"Amma" sözünün təsiri əvvəlki cümləni silib atmaqdır. Bu səbəbdən doğru istifadə etməyə diqqət etməlisiniz. Əgər səhv istifadə etsəniz, dinləyicidə müqavimət meydana gələr.

Nümunə 3: "Bəli, dediklərinizi düşündük amma..."
Mümkün nəticə: "Mənim dediklərimi önəmsəmədilər."
 
Bu sözlərin alternativləri "zaman", "etmək", "və" sözləridir. Yuxarıdakı nümunələrin yeni şəkilləri:

Nümunə 1a: "Saat 16:00 üçün bir yığıncaq təyin etdiyiniz zaman...":
Mümkün nəticə: Toplantı təyin edilmişdir.

Nümunə 2a: "Zəhmət olmasa, cümə gününə qədər edin..."
Mümkün nəticə: "Cümə günündən əvvəl bitmişdir."

Nümunə 3a: "Bəli, dediklərinizi düşündük və..."
Mümkün nəticə: "Mənim dediklərimi də plana daxil etdilər."

Aşağıdakı cümlələri düşünün:
 
Dilimizdəki ilkin hökmlərin təsirsiz istifadəsi

"Əgər mənə iynə vurmağa çalışsanız... "
"Bazar ertəsinə qədər bu dərmanları almağınızı istəyirəm amma bu gələn cümə gününə qədər uzana bilər".
"Vəziyyətiniz daha yaxşıdır amma dərmanlara davam etməyiniz lazımdır."
"Yoxla və ay sonuna qədər nəticəsini gör."

Dilimizdəki ilkin hökmlərin təsirli istifadəsi

"Yoxlayın və tətbiq edəcəyimiz müalicədən daha yaxşısını tapın."
"Əgər mövcud vəziyyətdən daha sürətli xilas olmaq istəyirsinizsə..."
"Vəziyyətiniz daha yaxşıdır, bununla birlikdə dərmanlara davam etsəniz..."
"Daha çox məlumata ehtiyacınız olduğu zaman mənə zəng edin."
 
İlkin hökmlərin təsiri

Dilimizdəki ilkin hökmlər təsirli şəkildə istifadə olunarsa, hədəfə çatmaqda daha faydalı olar. Ancaq təsirsiz istifadə edildiyi zaman, qarşı tərəf üzərində istənməyən bir təsir oyandıra bilər. Beləliklə də, danışanın heç istəmədiyi nəticələr yaranaa bilər.
 
UNUTMAYIN!
İstəmədiyiniz deyil, istədiyiniz şeyi xatırladan dil qəliblərindən istifadə etmək daha təsirlidir.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN