Mükəmməllik Dairəsinə Daxil Olun!

0
2496
Mükəmməllik Dairəsinə Daxil Olun!

"Mükəmməllik dairəsi" texnikası istədiyiniz vaxt motivasiyanızı yeniləməyinizi təmin edir. Özünüzü güclü bir zehni və fizioloji vəziyyətə keçirməyinizə köməkçi olur. Əgər "mükəmməllik dairəsi"ni həyatınızın bir parçası halına gətirsəniz, sizi heç kim asanlıqla gücsüz bir vəziyyətə sala bilməz. Bu texnika NLP Texnikaları arasında bəlkə də ən çox motivasiya edən tətbiqlərdən biridir.

1. Əvvəlcə özünüzü mükəmməl hiss etdiyiniz, özünüzə güvənin zirvədə olduğu bir zamanı xəyal edin. Mütləq belə bir zaman vardır. Hər insanın həyatında özünü möhtəşəm hiss etdiyi zamanlar olmuşdur.

2. Bu mükəmməllik anına dair duyğularınızı çox sıx bir şəkildə yaşayın. Zehninizdə o anı bütün incəlikləri ilə görün. Eşidə bildiyiniz səsləri eşidin. O anı tamamilə içində olaraq yaşayın. İndi də, ayaqlarınızın altında möcüzəvi, işıl-işıl parlayan bir mükəmməllik dairəsinin olduğunu canlandırın. Bu dairə sehrli bir dairə kimi olsun. O dairənin içində özünüzü yenilməz hiss edin. Bütün gücünüzlə yumruğunuzu sıxın. 10-15 saniyə qədər dik durun və yumruğlarınızı sıxın.

3. Gələcəkdə hər hansı bir zamanda, özünüzü bu mükəmməllik vəziyyəti içində xəyal edin. Gözünüzdə böyütdüyünüz bir şeyi düşünün və özünüzü onu edərkən xəyal edin. Tam o anda, mükəmməllik dairənizə daxil olun, dik durun, dərin bir nəfəs alın və yumruğunuzu sıxın. Görəcəksiniz ki, gözünüzdə böyütdüyünüz o şey, artıq sizə çox daha asan gəlməyə başlayacaq.

4. İndi də mükəmməllik dairənizdən çıxın amma dairəni önünüzdə görməyə davam edin. İstədiyiniz an, mükəmməllik dairənizə girə bilər və özünüzü dərhal güclü hiss etməyə başlaya bilərsiniz. Bu texnika da digər NLP texnikaları kimi təkrar etdikcə mükəmməlləşəcəkdir.
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

www.cazibe.info/nlp-telimleri/-nlp-diplom-sertifikat-proqrami-4069/

ŞƏRH YAZIN