İmtahan Qabaqı Stressdən Qurtulmaqın Yolları.

0
3371
İmtahan Qabaqı Stressdən Qurtulmaqın Yolları.

Abituriyentlərin həyatlarının ən önəmli və vacib günlərindən olan qəbul imtahanları gəlir. İmtahan qabağı stress,qayğılar,depressiya,yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdən biridir.Bu kimi hallar abituriyentlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsirsiz ötüşmür.
Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır?İmtahana son anda hazırlaşmayın.Son günləri heç bilmədiyiniz mövzuları öyrənməyə yox,bildiklərinizi təkrarlamağa sərf edin.Mövzu barədə öyrəndikdən sonra mütləq ona aid ən azı 20 test həll edin.
Gündəlik iş proqramı hazırlayın.Bu zamandan səmərəli istifadəni təmin edir.
Hazırlıqlar arasında qısa müddətli fasilələr verin.
İmtahanqabağı yuxu çox önəmlidir.Gündə ən azı 7-8 saat yatmağa çalışın.
Yediklərinizə diqqət edin.Şirniyyat,xəmir yeməkləri yerinə daha yüngül və sağlam qidalar qəbul etməyə çalışın.(bu haqqda daha ətraflı məlumat verəcəyik)
Pozitiv düşünün.Müsbət düşüncələr stresi azaldır.
Özünüzü heç kimlə müqayisə etməyin.Özünüz üçün "mən bunu edə bilərəm,bacararam" kimi dəstəkverici cümlələr qurun.Ən önəmlisi özünüzə güvənin.
Nəfəs idmanı ilə beyninizi,zehninizi rahatladın.(yoqa meditasiya və s.)
İmtahanadək olan vaxt kimi imtahandan sonrakı mərhələ də abituriyentlər,eləcə də onların valideynləri üçün çox əhəmiyyətlidir.Belə ki, bu zaman istənilən nəticəni əldə edə bilməyən abituriyent,onu tənqid edən valideynlər daha dərin depressiya və stressə səbəb ola bilər.
Valideynlərə məsləhət.
İmtahandan dərhal sonra abituriyentin yığdığı balı hesablamaq,onu az nəticəsinə görə məzəmmət etmək yerinə ona dəstək vermək,dincəlməsinə kömək etmək lazımdır.
Gələcəklə bağlı bədbin düşünmək insanın xarakterinin daha da tündləşməsinə səbəb olur.
Başqalarının yanında onu nə çox tərifləyin,nə də tənqid edin.Nəticədən asılı olmayaraq valideyn olduğunuzu unutmayın.Sizin vəzifəniz ona yol göstərmək,sakit və ağıllı davranmaqdır.
İMTAHAN QABAĞI RAHAT YATIN! Abituriyent imtahan qabağı sərbəst olmalı,gəzintiyə çıxmalı,beynini sakitləşdirməlidir.Abituriyent normal yuxu yatmalıdır.İmtahandan qabaqkı axşam abituriyent yatmazdan öncə müxtəlif sakitləşdirici otlardan,yaxud valerian (pişikotu) dəmləyib içsə,həm rahat yatar,həm də həyəcanı azalar.Çünki rahat yuxu belə vaxtda çox vacibdir.Rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda insanın toparlanmasını - konsentrasiya olmanı asanlaşdırır.
Yediyiniz qidalar diqqəti cəmləməyə,yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir.Məsələn,adi kökün yaddaşın möhkəmlənməsinə,ananasın isə əzbərləmə qabiliyyətinə nə qədər yardım etdiyini bilirsinizmi?Bəs limonun qavramaya yardım etmək qabiliyyəti haqda? Xüsusi ilə də növbəti aylarda məzunların imtahan verəcəkərini nəzərə alsaq, imtahanda stressin öhdəsindən gələcək qida məhsullarını bilməyiniz lap yerinə düşər.
Yaradıcılıq üçün.
Zəncəfilin tərkibindəki maddələr beynin yeni fikirlər yaratmasına kömək olur.Qan duru olduğunu üçün sərbəst şəkildə axır,beyin oksigenlə qidalanır.
Yaddaş üçün.
Kök yaddaşın qabiliyyətini artırır,beynin metabolizm prosesini canlandıran fermentlərdəndir. Ananas əzbərləmək üçün çox yararlıdır.Digər meyvələrdə olmayan manqan elementinə malikdir.
Xoşbəxtlik üçün.
Xoşbəxt olanda,insan daha yaxşı öyrənə bilir.Enerjiniz pozitiv olur.Qırmızı bibər acı olsa da, bədənin öz hormonu olan endorfinin ifraz olunmasını təmin edir.Çiyələk stressin təsirlərini azaldır.Banan da beynə xoşbəxtlik hiss verən seratonin maddəsinə malikdir.
Öyrənmək üçün.
Kələm qalxanvarı vəzinin fəaliyyətini azaldır.Bu isə əsəbiliyə qarşı xeyirli qidadır.İmtahan öncəsi stress üçün tövsiyə olunur.Limon qavrama qabiliyyətini artırır.Yeni əldə ediləcək biliklərin qavranması üçün məsləhət görülür.
Psixoloqlar isə məsləhət görür ki,abituriyentlər imtahana iki gün qalmış istirahət etməlidir: “Qəbula hazırlaşan şagird onsuz da ilboyu çalışır,müəllim yanına gedir.Beyin həddən artıq yüklənir.Belə halda beyni sakitləşdirmək,həyəcanı aradan qaldırmaq çox çətindir.İmtahanda həyəcanlı,yaxud sakit olmaq hər bir insanın daxili keyfiyyətlərindən də asılıdır.İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir. İmtahan barədə ümumiyyətlə düşünməsin,gəzintiyə çıxsın.Valideynlər uşaqlarına qarşı daha həssas olmalıdır.Valideyn gərək uşağı qorxutmasın.Əksinə,uşağa aşılamaq lazımdır ki, o, müvəffəq olacaq.Müvəffəq olmasa da burada faciəvi heç nə yoxdur.
Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır.Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdır ki,abituriyent də biliyini mərkəzləşdirə bilsin"

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN