Onun Adı Malala

0
1733
Onun Adı Malala

 Silahli adam soruşdu "Malala kimdi?"

- Malala mənəm, bu da mənim hekayəm.
Haqsızlığa məruz qalan və sonra susdurulan bütün qızlar.
"Səsimizi birlikdə hər kəsə eşitdirəcəyik"
Bu sözlər Pakistanda doğulmuş, 2011-ci ildə "Milli Barış Mükafatı"  , 2014-cü ildə "Nobel Barış Mükafatı" almış - Nobel mükafatı almış ən cavan insana -Malala Yusifzaya aiddir.
Məktəblər  bombalanır, gecə gündüzə qarışır, qız uşaqlarının məktəbə getməsi qadağan edilir və sadəcə 14 yaşında olan bir qız öz məqsədləri  uğrunda mübarizə aparır. Hər kəsə meydan oxuyurdu.
" Bizim də alış-verişə getməyə, gülməyə, oxumağa haqqımız var" deyirdi.  Və təhdid edilirdi.
Qorxmurdu. Susmurdu.
Bir sabah yuxudan oyanır, məktəbə gedir,  yazır , oxuyur və evə dönmək istəyir. Lakin dönə bilmir.  Bir xadimin titrəyən əlindəki silahdan çıxan güllə ilə həyatı dəyişir. Başından və boynundan vurulur.  Uzun müddət xəstəxanada qalır və danışa bilmir. Atası çox narahat olur; görəsən o əvvəlki kimi danışa biləcəkmi?
Malala məğlub olmur.  Sağalmaq üçün çox çalışır. Çünki onun məqsədi var idi.
Aylar sonra Malala sağalır və deyir ki: "o güllələr ilə qorxularım öldü, cəsarət doğuldu"
Hərkəs onu alqışlayırdı.
Bir kanala verdiyi müsahibədə " Bu günümü mən seçdim" deyir. Özünə, mübarizəsinə o qədər inanır ki milyonlarla insana güvən və ümid verir.
Bəs balaca bir qız necə bu qədər güclü, mübariz olmağı bacarır?
Cavab aydın idi.  Dəyərləri.
Psixoloji olaraq çölə vurduğu hər zərbə onun ən güclü dəyərlərindən irəli gəlir.Hər an ölümlə üz-üzə yaşamasına, vurulmasına, ciddi yaralar almasına baxmayaraq o, öz mübarizəsinə davam edir. Çünki dəyərləri olmadan yaşaya biləcəyi bir həyat olmadığını bilirdi.
Peşman olmaması, mübarizə aparması, qorxmaması, qibtə etdiyimiz mükafatlar buna görədir.
Əlbəttə ki, bu insanı düşündürür. Bəs mənim dəyərlərim nələrdir?
Çalışıram ama niyə bunu edirəm?
Əgər bu sualın cavabını biliriksə çox gözəl, hələ fərqində deyiliksə çox gec deyil, hətta çətin də deyil. Sadəcə bir az səssizlik içində düşünüb bu suala cavab verə bilərik - " mənim dəyərlərim nədir?"
Tapdığımız hər cavab doğru olmaya da bilər, hər dəfəsində "bu niyə vacibdir?"- deyə özünə sual verməyə davam et.
Onun adı Malala və Malalanın dünyaya çatdırdıqlarından başqa susduqları da var. Susduqları və sadəcə etdikləri...
Bəlkə öz yolun üçün ilham ala bilərsən.
Cavabı tapa biləcəyindən isə heç şübhəm yoxdur.
 
 
Tərcümə edən: Mehralıyeva Bəsti

ŞƏRH YAZIN