Qara Divara Baxan Adam.

0
2419
Qara Divara Baxan Adam.

Bu hekayəni oxuduğunuz zaman daha da pozitiv düşünməyi, müsbəti görməyi və müsbət təlqinlər aşılamağın sirlərini öyrənəcəksiniz.

Eyni ürək narahatlığı ilə eyni həyatı paylaşan iki yaşlı insan eyni otağı da paylaşırdılar. Yeganə fərq isə biri pəncərə kənarında, digəri isə divarın yanında yatmaqları idi. Pəncərə kənarındakı yaşlı adam hər gün pəncərədən baxaraq dostuna çöldə nə baş verdiyini danışırdı."Bugün dəniz sakit, yenə də cuzi külək var deyesən, çünkü uzaqda görünən gəminin yelkənləri küləklə dolur. Park bu səhər də sakitdir, iki yelləncək dolu, iki yelləncək boş, dünənki sevgililər yenə də gəliblər, eyni yerdə oturub söhbət etməyə başladılar, əl-ələ tutdular. Nə qədər də yaraşırlar bir-birilərinə. Alça ağaclarının da ağ çiçəkləri parka başqa bir gözəllik verir. Dənizin üzərindəki qağayılar bugünkü yeməklərini  axtarırlar, necə də gözəl dalırlar suya."
 
Günlər beləcə gəlib keçirdi o vaxta qədərki, pəncərə kənarındakı yaşlı adam ürək infaktı keçirdi. Və o anda divar kənarındakı adam düyməyə bassa həyatda qalacaqdı dostu, amma şeytana aldandı. Bu qədər vaxtdır sadəcə qulaq asa bilirdi ətrafda baş verənlərə, indisə artıq görə bilərdi, buna görə də düyməni basmadı və tibb bacısını çağırmadı. Eyni həyatı paylaşdığı insanı ölümə göndərdi, çünkü o, bunun haqlı bir səbəb olduğunu düşünürdü. Ertəsi gün tibb bacıları ölən yaşlı adamın yerinə onu qoymağa gəlmişdilər. Tez yatağının yerini dəyişdirdilər, budur günlərdir baxmaq istədiyi mənzərəni nəhayət görəcəkdi. Başını qaldırdı və pəncərədən baxdı, gördüyü mənzərə onu şok etmişdi. Qarşısında sadəcə "qapqara bir divar" var idi...

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN