Həyatını Asanlaşdırmaq İstiyənlərə 10 Ağıllı Məsləhət

0
2233
Həyatını Asanlaşdırmaq İstiyənlərə 10 Ağıllı Məsləhət

Həyatın axışı içində zaman təzyiqi mı yaşayırsan? Kaş ki, bu həyatında kompüter oyunlarındakı kimi asan olsun deyə mi düşünürsən? Tam da həyatı asanlaşdıracaq ağıllı fəndlər:

Bəzən bir şeyi etməyi son dərəcə səmimi şəkildə arzu edərsiniz amma çox təəssüf ki etməniz lazım olan hər şeyi 24 saata sığdırmaq mümkün olmaz. Biz tam burada dövrəyə giririk.
 
ƏGƏR NƏTİCƏ  HƏR KƏSİ  XOŞBƏXT  EDƏCƏKSƏ  QONAQLAR ÜÇÜN SADƏ VƏ ASAN BİR ŞEYLƏR HAZIRLAMAQLA PİŞİRİLMƏSİ SAATLARLA  DAVAM  EDƏN YEMƏKLƏRİN HAZIRLANMASI ARASINDA NƏ KİMİ BİR FƏRQ OLA BİLƏR?
 
Sizə verəcəyimiz təkliflər sayəsində etməniz lazım olan darıxdırıcı işləri buraxaraq, həyatınızı daha asanlaşdıra bilərsiniz. Yaradıcı və hiyləgər təkliflərimizi tətbiq edərək ən çətin layihələri belə həyata keçirə bilərsiniz. Tövsiyələrimizi izləyərək nəticədə eyni hədəfə çatsanız da, seçdiyiniz qısa yollar həm sizə vaxt qazandıracaq həm də əsəbləriniz korlanmadan və çox yorulmadan istədiyinizi əldə edəcəksiniz. Üstəlik dostlarınız, ailə və həyat yoldaşınız tərəfindən "bacarıqlı" deyə xatırlanmaq da işin bonusudur.
 
Təzə alacağınız bir paltarı sınamadan uyğun gəlməyəcəyini necə anlayarsınız?
 
MƏSLƏHƏT: Boynunuzun ölçüsü hardasa belinizin ölçüsünün yarısı qədərdir. Köynəyi və ya şalvarı əlinizə alın, bel hissəsini dartaraq açın və boynunuza dolayın. "Doladığınızdakı möhkəmliyi və ya bolluğu belinizdə də möhkəm və ya zəif olacağını göstərəcək" deyə ipucu verir Tim Gunn s Guide to Style (Tim Gunn'ın Stil Rəhbəri) proqramının prodüsseri Tim Gunn. "Və ya bel hissəsini belinizdə oturması lazım olan bölgədə ölçün, əgər kənarlardan bir az artıq qalırsa, sizə uyğun olacaq" deyir Tim Gunn.
 
Müdiriniz qəfildən bir yığıncağa çağırdığında səliqəli görünün
 
MƏSLƏHƏT: Saçınızı fırça və ya daraqla yüngülcə arxaya doğru darayın və aşağıda bir at quyruğu edin. "Bu model sürətli bir şəkildə tərtibli və təmiz görünmənizə köməkçi olacaq" deyir moda dizayneri Carson Kressley. Ardından, yanaqlarınıza bir az ənlik və dodaqlarınıza da parladıcı sürün. Bu, təbii görünmənizi təmin edəcək və üzünüzə rəng verəcək. Ofisdə qəşəng bir pencək və ya jaketin varsa üstünüzə geyin, çox hazırlıqsız tutulduzsa əgər bir yoldaşınızdan üzərindəkini sizə borc verməsini istəyə bilərsiniz. "Yaxşı görünmək üçün çox çox səy sərf etmək sizi bitkin salar" deyə əlavə edir Kressley.
 
İşlə əlaqədar tonlarla sənəd oxumanız lazımdır amma vaxtınız çox az.
 
MƏSLƏHƏT: "Oxumağınız lazım olan bütün bəndlərin ən azından ilk və son cümlələrini oxuyun" deyə təklif edir altı il üst üstə Dünya Sürətli Oxuma çempionu olan Anne Jones. Qavramanız lazım olan əhəmiyyətli məlumatlar ümumiyyətlə həmişə ilk və son cümlələrdə olur. Oxumaq lazım olanların içində boğulmaq yerinə, yalnız bunları oxuyaraq ana fikri qavraya bilərsiniz. Ayrıca oxuyarkən əlinizdə mütləq bir qələm olsun və mətni bir qələm köməyi ilə təqib edin. Bu, diqqətinizi toplamanıza köməkçi olur. Sürətlə oxuyarkən gözləriniz şüur xarici olaraq irəliyə və geriyə doğru sürüşür. Amma qələm köməyi ilə oxusanız, gözlərinizin sürüşməsinə mane olarsınız və oxuduğunuz şeyə fokuslanmağı bacara bilərsiniz.
 
Çox vaxt və pul xərcləmədən otağınızın görünüşünü necə dəyişdirərsiniz?
 
MƏSLƏHƏT: "Divarlardakı kiçik cədvəlləri qaldırın və bunların yerinə böyük bir güzgü asın. Güzgü, məkanın həm daha böyük görünməsini təmin edəcək həm də otaqdakı işığı artıracaq ” Bunu daxili memar və dizayn psixologiya mütəxəssisi Jeanette Fisher söyləmişdir. Güzgü yerinə böyük boy tək bir tablo və ya sevdiyiniz bir fotoşəkilin böyüdülmüş bir kopyasınu da istifadə edə bilərsiniz. Bu tətbiq otağının havasını tamamilə dəyişdirəcək. Əgər salonunuzun divarları ağ və ya ağa yaxın açıq bir tonda boyanmışsa, yalnız bir divarınızı diqqətə çarpan bir rəngə boyaya bilər və yastıqlar, vaza və ya şəkil çərçivələri kimi eyni rəngdə aksesuarlar qoya bilərsiniz. Daxili memar Ricky Gitt söyləyir ki "Belə etdiyiniz zaman otağa yeni bir rəng qatacaq və mühitə fərqli, maraqlı bir tənzimləmə qazandıracaqsınız" .
 
Hələ də ofisdəsiz və axşam üçün qəfildən proqram saldınız,evə gedəcək vaxtınız də yoxdur.
 
MƏSLƏHƏT: Əvvəlcə üzərinizdəki artıq şeylərdən xilas olun. Məsələn o gün işə gedərkən, üzərinizə bir jilet giydiyseniz, jileti çıxarın və çiyinlərinizdən aşağıya doğru bağlıyın. Makiyaj çantanızda da hər zaman həyatınızı qurtaracaq bir neçə məhsul olmalıdır. Qara kirpik üçün tuş və qırmızı pomada sürdüyünüz zaman artıq gecəyə hazır sayılırsınız. Aksesuarlar möcüzələr yaradar. Yol üzərində bir mağazadan alacağınız kəmər və ya şərf sayəsində bütün havanızı dəyişdirə bilərsiniz. Digər tərəfdən çox bahalı olmayan bir mağazadan alacağınız və o gün geymiş olduğunuz geyimlərə uyğun halqa sırğa və bilərziklər də işinizə yarayacaq.
 
E-mailləriniz gələn qutunuzu çox doldurdu. necə sürətlicə təmizləyə bilərsiniz?
 
MƏSLƏHƏT: "Gələn qutunuzda xəbərlər, reklamlar, yoldaşlarınızdan gələn lətifələr və spamın kimi lazımsız e-mailləri gördüyünüz anda, onlardan dərhal xilas və sizin üçün daha əhəmiyyətli olan, oxumanız lazım olan poçtlara baxın" Bunu Never Check E-Mail In The Morning and Other Unexpected Strategies For Making Your Life Work (Səhərlər E-mailinizi yoxlamamaq və Sizin həyatınız üçün Zaman yaradacaq Digər gözlənilməz strategiyalar ) adlı kitabın yazıçısı Julie Morganstern demişdir. Gün içərisində e-maillərinizə baxacağınız bir neçə zaman dilimi edin. Məsələn günortadan əvvəl, günortadan sonra və çıxmadan əvvəl bir dəfə 15 dəqiqə e-poçtlarınıza baxmaq üçün zaman ayırın. Asanlıqla cavab verə biləcəklərinizə dərhal cavab verin və hər hansı bir faylın içinə ata bilməyəcəklərinizi gələn qutunuzda buraxın. Beləcə daha sonra cavab vermək istədiyinizdə saatlarla axtarmadan onlara çata bilərsiniz.
 
Alış-veriş etdiniz və kassada uzun bir növbə var
 
MƏSLƏHƏT: Çox mərtəbəli bir mağazadasınızsa əgər, ödənişi etmək üzrə kişi geyim hissəsi və ya başqa bir hissəyə getməyi təcrübə edə bilərsiniz. Ümumiyyətlə bu cür mərkəzlərin ən sıxlıq bölümləri qadınlara ayrılmış bölmələrdir. Lazım olsa başqa bir qata keçməyə də tənbəllik etməyin.Hər vəziyyətdə kassadakı növbəni gözləməkdən daha asan olacaq.
 
Manikürə gedə bilmədiniz mi? Özünüz edə bilərsiniz.
 
MƏSLƏHƏT: İndi izah edəcəyimiz sürətli manikür metodu ilə gözəllik salonuna gedə bilmədiyiniz zamanlarda idarə edə bilərsiniz. Dırnaqlarınızı cilalayın və parfümeriyada satılan və dırnaq diblərinə sürülən xüsusi kremləri tətbiq edin. "Bu kremlər dırnaqlarınızın ətrafındakı ölü dəriləri təmizləyib, barmaqlarınızın çəhrayı və sağlam görünməsini təmin edəcək" söyləyir dırnaq baxım mütəxəssisi və Gwyneth Paltrow ilə Fergienin manikür ustası Deborah Lippmann. Bu əməliyyat eyni zamanda cila sürülmüş kimi bir görünüş də təmin edəcək.
 
Qaraldan krem sürmək lazımdır amma quruması uzun davam edir.
 
MƏSLƏHƏT: Sabah duş qəbul edib qurulandıqdan sonra, kremi bədəninizə çoxlu sürün və saç qurutma feninizi ılıqla isti arasına seçin. Bədəninizdən 15 sm qədər uzaq tutaraq, bütün bədəninizi qurudun. Verdiyiniz istilik sayəsində krem daha təsirli olacaq və rənginiz daha tez dəyişəcək. Kremin quruması üçün geyinmədən əvvəl ən az on dəqiqə gözləmək yerinə, bu əməliyyatı edərək zaman qazana bilərsiniz.
 
On dəqiqədə zərif bir gecəyə hazırlanmaq üçün
 
MƏSLƏHƏT: Ən son harada çox qəşəng bir paltar geyindiz və o gecə özünüzü çox bəyəndiniz ya da tərif yağışına tutuldunuz? Heç düşünmədən, eyni paltarı üzərinizə keçirin. "Əgər hələ də xatırlaya bilmədinizsə ya da o paltarın yeni bir mühitə uyğun gəlməyəciyini hiss etdinizsə qara bir ətək və ya şalvarın üzərinə, yenə qara bir köynək geyinin" deyə təklif edir Kressley. Paltarınızı dikdaban ayaqqabılar və kiçik bir portfel çanta ilə tamamlamayı unutmayın. Makyajınıza gəlincə; hər zaman etdiyiniz gecə makiyajına bir də parlaq pomada əlavə edin. Gözəllik salonuna getməyə vaxt tapa bilmədinizsə, saçınızı topuz edə bilər və üstündən daşlı, qəşəng bir aksesusar ilə bəzəyə bilərsiniz.
 
 
Tərcümə etdi:Bayramlı Kamilla
 

ŞƏRH YAZIN