Özünüzü sevməyi bacarın

0
2536
Özünüzü sevməyi bacarın

Gözləməyin ki, işlər yoluna düşəcək, arıqlayacaqsınız, yeni iş tapacaqsınız və ya yeni münasibətlər yaradacaqsınız. Köhnə neqativdən necə azad olmaq olar?


1. Tənqidə son qoyun. Tənqid heç kimi heç bir zaman dəyişmir. Özünüzü tənqid etməkdən imtina edin. Özünüzü olduğunuz kimi qəbul edin. Özünüzü tənqid etdiyiniz zaman dəyişiklikləriniz neqativ olur. Özünüzü təriflədiyiniz zaman dəyişikliklər pozitiv istiqamətdə olur.


2. Öz düşüncələrinizlə özünüzü qorxuzmağa son verin. Bu dəhşətli bir həyat tərzidir. Sizə xoş olan həyat tərzini seçin və dərhal ona keçin.


3. Geniş ürəkli, mehriban və səbirli olun. Özünüzə qarşı mehriban olun. Yeni fikirlərə öyrəşənədək səbirli olun. Özünüzlə sevdiyiniz insan kimi rəftar edin.


4. Öz düşüncənizə qarşı mehriban olun. Özünüzə nifrət – öz düşüncələrinizə nifrət deməkdir. Bunu etməyə dəyməz, yaxşısı onları dəyişməkdir.


5. Özünüzü tərifləyin. Tənqid daxili ruhu zədələsə də, tərif onu möhkəmləndirir. Özünüzü bacardığınız qədər çox tərifləyin. Hər bir xırda işlə məharətlə baş gəldiyinizi özünüzə tərif ediniz.


6. Özünüzü dəstəkləyin. Özünüzü dəstəkləməyin metodlarını tapın. Dostlarınıza müraciət edin, onların verəcəyi köməyi qəbul edin, bunda utanacaq bir şey yoxdur.


7. Öz çatışmamazlıqlarınıza sevgi ilə yanaşın. Başa düşün ki, öz təlabatlarınızı ödəmək üçün onları məhz siz özünüz yaratmısınız. Hal-hazırda siz daha pozitiv yol axtarışındasınız, köhnə çatışmamazlıqlardan sevərək azad olun.


8. Bədəninizə qulluq edin. Düzgün qidalanın. Fiziki hərəkətlər edin. İçində yaşadığınız sizi sevin.


9. Güzgü ilə işləyin. Gözlərinizin içinə tez-tez baxın. Özünüzə artan sevgini hiss edin. Güzgüyə baxaraq özünüzü bağəşlayın. Güzgüyə baxaraq valideynləriniz ilə danışın onları bağışlayın. Heç olmasa gündə bir dəfə güzgüyə baxaraq özünüzə olan sevginizi etiraf edin.


10. Bunları bu andan etibarən edin. Hər şeyin düzələcəyini gözləməyin, hərəkət edin.

ŞƏRH YAZIN